Bing çat-botuna mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası əlavə edilib

Bing çat-botuna mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası əlavə edilib

Servislər
23.03.2023 PAYLAŞIM

    Microsoft şirkəti süni zəka əsaslı alətləri öz məhsullarına inteqrasiya etməyə davam edir. Bu dəfə şirkət Bing axtarış sisteminin süni zəka əsaslı çat-botuna mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyasını əlavə edib. Bu funksiya OpenAI şirkətinin DALL-E adlı neyron şəbəkəsi əsasında çalışır. Qeyd etmək lazımdır ki, DALL-E məhz mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş sistemdir. Bing Image Creator adlı yeni funksiya tədricən istifadəyə verilir və o, ilk mərhələdə hamı üçün aktiv deyil. Bundan əlavə olaraq Microsoft Bing Image Creator funksiyasını həmçinin özünün Edge brauzerinə də inteqrasiya edir.


    Brauzerin yan panelinə sözügedən funksiyadan istifadə etməyə imkan verəcək müvafiq düymə əlavə ediləcək. İstifadəçi həmin düyməyə klikləyəndən sonra tərtib edilməsini istədiyi fotonun təsvirini mətn formatında yazmalı olacaq. Neyron şəbəkəsi isə öz növbəsində daxil edilmiş mətn əsasında fotonu tərtib edəcək. İlkin mərhələdə Bing Image Creator funksiyası Bing çat-botunda yaradıcı ünsiyyət rejimində aktiv olacaq. Gələcəkdə isə bu funksiyanı çat-bot ilə istənilən ünsiyyət rejimində istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Bing axtarış sisteminin süni zəka əsaslı çat-botu 3 ünsiyyət rejimini dəstəkləyir. Yaradıcı, dəqiq və balanslaşdırılmış. Yaradıcı rejim çərçivəsində çat-bot daha ətraflı və orijinal cavabları, dəqiq rejimdə təyin edilmiş mövzu ətrafında dəqiq cavabları, balanslaşdırılmış rejimdə isə qeyd edilmiş ilk iki rejimin qarışığı tərzdə cavabları təqdim edir.



DAHA ÇOX


Huawei özünü süni zəka əsaslı çat-botunu istifadəyə verməyə hazırlaşır..

Hələ 2021-ci ildə Huawei şirkəti özünün Pangu adlı böyük dil modelini yaratmışdı.


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..

×