main-post-cover

    Bing axtarış sistemi ChatGPT-də standart axtarış sistemi kimi istifadəyə verilib

    Proqram Təminatı
    Servislər
    24.05.2023
    Emil Nəcəfov
        Bundan sonra ChatGPT çat-botunun tərtib edəcəyi məlumatlar 2021-ci ilə kimi olan məlumatlarla məhdudlaşmayacaq. Belə ki, Microsoft elan edib ki, o, Bing axtarış sistemini ChatGPT-yə inteqrasiya edib. Lakin bu özəllik hələ ki, çat-botun ChatGPT Plus adlı ödənişli versiyası üçün reallaşdırılıb. Google axtarış sisteminə üstünlük verən orta statistik ChatGPT istifadəçisi buna etiraz edərək bildirə bildirə bilər ki, Bing bir çox özəllik baxımından Google-dan geridə qalır.
        Lakin nəzərə almaq lazımdır ki, təkcə Bing özü də süni zəka əsaslı çat-botun məlumatlar bazasını və dünyaya baxış bucağını genişləndirə biləcək. Hal hazırda isə ChatGPT yalnız 2021-ci ilə kimi olan məlumatlardan istifadə edir. Bu, müasir dünyadakı rəqəmsal sahədə dəyişikliklərin və hadisələrin sürətlə baş verdiyi bir vaxtda standart ChatGPT-nin ən böyük mənfi özəlliyidir. Bing axtarış sistemi ChatGPT Plus istifadəçiləri üçün artıq aktivləşdirilib. Gələcəkdə isə o, çat-botun digər istifadəçiləri üçün də aktivləşdiriləcək.
    Linki kopyala