main-post-cover

    Bill Gates: 'Süni zəka sayəsində insanlar Google kimi axtarış servislərindən imtina edəcəklər'

    Proqram Təminatı
    Servislər
    24.05.2023
    Emil Nəcəfov
        Bill Gates CNBC-ə müsahibə verən zaman süni zəka barəsində yeni fikirlərini səsləndirib. Onun fikrincə süni zəka tərtibatçıları gələcəkdə personal rəqəmsal köməkçi yaradacaqlar və həmin rəqəmsal köməkçi istifadəçilərin davranışlarını radikal şəkildə dəyişəcək. Nəticədə istifadəçilər Google Search kimi axtarış saytlarından və hətta online mağazalardan istifadəni dayandıracaqlar. Gates əmindir ki, süni zəka əsaslı rəqəmsal köməkçi insanın istəkləri ilə tələblərini anlaya biləcək.
        Onun sözlərinə əsasən bu cür rəqəmsal köməkçini yarada biləcək şirkət süni zəka sahəsinin liderlərindən birinə çevriləcək. Bu cür rəqəmsal köməkçini isə həm böyük texnoloji şirkət həm də kiçik bir startap yarada bilər. Gates həmçinin əlavə edib ki, bu cür rəqəmsal köməkçinin yaradıcısı Microsoft olmasa, o, məyus olar. Gates düşünür ki, süni zəka əsaslı güclü rəqəmsal köməkçinin kütləvi şəkildə istifadəyə verilməsi üçün müəyyən zaman lazım olacaq. Həmin vaxta kimi isə şirkətlər öz məhsullarına generativ süni zəka sistemlərini inteqrasiya etməyə davam edəcəklər.
    Linki kopyala