main-post-cover

    Avropa Şurası ChatGPT barəsində istintaqa start verir

    Proqram Təminatı
    Servislər
    14.04.2023
    Emil Nəcəfov
        Məlumatların qorunması üzrə Avropa Şurası (EDPB) elan edib ki, süni zəka əsaslı ChatGPT çat-botunun çalışma prosesinin istintaqı üçün xüsusi qrup yaradılacaq. EDPB Avropa Birliyində fəaliyyət göstərən müstəqil təşkilatdır. Onun əsas məqsədi Avropa Birliyinin, personal məlumatların qorunması məsələsində qəbul etdiyi qanunvericiliyin tətbiq edilməsini və bu məlumatların təhlükəsizliklərindən cavabdeh olan Avropa orqanlarının öz aralarında əməkdaşlıqlarını təmin etməkdir. İndiyənə kimi məlumatların konfidensiallıqları tələbinə riayət edilməsi məsələsi ChatGPT-yə demək olar aid edilmirdi.
        Lakin keçən ayın son günündə vəziyyət ani olaraq dəyişdi. Belə ki, 31 mart tarixində İtaliyanın müvafiq nizamlayıcı orqanı ölkədə sözügedən çat-botdan istifadəni məhdudlaşdırdı. Səbəb isə çat-botun Avropa qanunları çərçivəsində fəaliyyət göstərməməsi narahatlığıdır. İtaliyanın nizamlayıcı orqanı bildirib ki, ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti italyan vətəndaşların personal məlumatlarını heç bir qanuni əsas olmadan iri həcmdə emal edib. Reuters saytının verdiyi məlumata əsasən müxtəlif dövlətlərin hökumətləri generativ süni zəka sistemləri ilə bağlı mövqelərini təqdim etməyə hazırlaşırlar. Lakin bunun üçün müəyyən zaman lazım olacaq.
    Linki kopyala