main-post-cover

    Aprel ayı üzrə brauzerlərin reytinqləri təqdim olunub

    Proqram Təminatı
    Servislər
    02.05.2023
    Farid Pardashunas
        Statcounter adlı analitik şirkət brauzerlərin desktop və mobil versiyalarının aprel ayı üzrə reytinqlərini təqdim edib. Təqdim edilmiş reytinqlərdən məlum olub ki, daxilində süni zəka əsaslı funksiyaların istifadəyə verilməsinə baxmayaraq Microsoft şirkəti özünün Edge brauzerinin istifadəçi kütləsini genişləndirə bilməyib. Brauzerlər sahəsində Google Chrome öz liderliyini qorumaqda davam edir. Belə ki, onun desktop versiyasının bazardakı payı 66.13% təşkil edir.
        Reytinqin ikinci pilləsinə Apple Safari yüksəlib. Onun hal hazırda bu bazardakı pay göstəricisi 11.87% təşkil edir. Microsoft Edge ikinci yerdən üçüncü yerə düşüb. Onun bazardakı pay göstəricisi isə 11%-dir. Reytinqin dördüncü pilləsində Mozilla Firefox (5.65%) beşinci pilləsində isə Opera (3.09%) qərarlaşıb. Mobil brauzerlər mövzusunda da heç bir dəyişiklik yoxdur. Belə ki, mobil Chrome ilə Apple Safari brauzerləri bazarın demək olar 90%-nə sahibdirlər. Samsung Internet bu bazarın 4.8%-nə, mobil Opera isə 2%-nə sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər