main-post-cover

    Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlanacaq

    Proqram Təminatı
    Servislər
    31.05.2023
    Farid Pardashunas
        Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tutulmuş My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlanacaq. Servis 26 iyul tarixində rəsmi olaraq bağlanacaq. Bağlanmazdan 1 ay qabaq isə servisə fotoların yüklənməsi imkanı deaktiv ediləcək. Qeyd etmək lazımdır ki, My Photo Stream servisi 2011-ci ildə iCloud ilə birlikdə istifadəyə verilmişdi. Şirkət istifadəçilərə My Photo Stream-də saxlanılan fotoları öz cihazlarına yükləməyi məsləhət görüb. Söhbət, sadəcə bulud servisdə saxlanılan fotolardan gedir.
        Bununla yanaşı Apple istifadəçilərə bundan sonra iCloud Photos-dan istifadə etməyi məsləhət görüb. “Bütün cihazlarda fotoların və videoların aktuallıqlarını qorumaq və onların təhlükəsizliklərini təmin etmək üçün onları iCloud-a yükləmək lazımdır” - deyə Apple bildirib. Qeyd etmək lazımdır ki, My Photo Stream servisi pulsuz olsa da, onda çoxlu sayda məhdudiyyət var. Məsələn istifadəçilər sözügedən servisə yalnız məhdud sayda foto yükləyə bilərlər. Bununla belə yüklənmiş fotoların Apple serverlərində qalma müddətləri cəmi 30 gün təşkil edir. Əlavə olaraq My Photo Stream-ə yüklənən yüksək keyfiyyətli fotolar bu servis vasitəsilə digər cihazlarda eyni keyfiyyətdə sinxronlaşmırlar. Buna görə də istifadəçilərin iCloud Photos-a keçid etmələrində fayda var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər