main-post-cover

    Apple şirkəti App Store qaydalarında dəyişiklik edib: Dəyişikliklər nələrdir?

    Proqram Təminatı
    Servislər
    01.09.2020
    Emil Nəcəfov
        Apple şirkəti App Store üçün olan tətbiqlərin yoxlanış prosesində dəyişikliklər edib. Bu barədə Vc.ru saytı xəbər verib. Beləliklə bundan sonra kiçik qayda pozuntularına görə şirkət App Store-da artıq mövcud olan tətbiqlər üçün yenilənmələri gecikdirməyəcək. Bu halda tərtibatçılar lazımi dəyişiklikləri növbəti yenilənmə zamanı reallaşdıra bilərlər.
        Bundan əlavə olaraq Apple qərarlarının şikayət edilməsi ilə yanaşı bundan sonra tətibatçılar App Store qaydalarına dəyişikliklərin edilməsini təklif edə biləcəklər. Qeyd etmək lazımdır ki, Apple şirkəti bu ilin yay fəslində tərtibatçılardan App Store ilə bağlı ciddi tənqidlər ilə qarşılaşıb. Belə ki, şirkət Hey adlı poçt servisinin yenilənməsini ləğv etmişdi. Eyni hal WordPress-in iOS üçün nəzərdə tutulmuş versiyası ilə də baş vermişdi.
        Qeyd etmək lazımdır ki, Apple hal hazırda Epic Games şirkəti ilə də məhkəmə prosesindədir. Belə ki, məşhur Fortnite oyununun yaradıcısı oyuna birbaşa alış-veriş sistemini əlavə etmişdi. Bu isə App Store mexanizmindən yan keçmək deməkdir. Bu üsul ilə Epic Games şirkəti App Store-da olan 30%-lik komissiya qanununu boykot etmək istəyir. Nəticədə Apple şirkəti App Store-dan Fortnite oyununu silməli oldu.
    Linki kopyala