main-post-cover

    Apple öz əməkdaşlarına iş prosesi zamanı ChatGPT-dən istifadəni qadağan edib

    Proqram Təminatı
    Servislər
    19.05.2023
    Farid Pardashunas
        Apple şirkətinin daxili xidməti qeydində bildirilib ki, işçilərin iş prosesində ChatGPT-dən istifadə etmələri qadağandır. Məlumatda qeyd edilib ki, Apple şirkəti bu cür süni zəka əsaslı sistemlərin şirkət əməkdaşlarının konfidensial məlumatlarını yığmalarından narahatdır. ChatGPT ilə yanaşı şirkət həmçinin öz işçilərinə GitHub servisinin Copilot alətindən istifadəni də qadağan edib. Qeyd etmək lazımdır ki, GitHub servisi Microsoft-a məxsusdur. Copilot vasitəsilə isə tərtibatçılar proqram təminatı kodunun yazılması prosesini avtomatlaşdırma imkanına sahib olurlar.
        Eynilə Microsoft tərəfindən geniş miqyasda dəstəklənən ChatGPT çat-botu yığılan məlumatları tərtibatçılara göndərir və tərtibatçılar həmin məlumatları süni zəka əsaslı çat-botun iş prosesinin təkmilləşdirilməsində istifadə edirlər. Əgər Apple mühəndisləri öz iş prosesləri çərçivəsində ChatGPT-dən istifadə edirlərsə, ona göndərilən məlumatlarınm digərləri tərəfindən əldə edilməyəcəkləri zəmanəti yoxdur. Bundan əlavə olaraq məlumatda bildirilib ki, Apple özünün süni zəka modeli üzərində çalışır. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti ChatGPT çat-botunu mobil tətbiq şəklində iOS cihazlar üçün istifadəyə verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər