main-post-cover

    Apple klassik musiqilər üçün nəzərdə tutulmuş Apple Music Classical adlı yeni musiqi servisini təqdim edib

    Proqram Təminatı
    Servislər
    10.03.2023
    Emil Nəcəfov
        Apple şirkəti yarım il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra yeni musiqi servisini təqdim edib. Söhbət, Apple Music Classical adlı musiqi servisindən gedir. Sözügedən yeni servis klassik musiqilər üçün nəzərdə tutulub və o özündə 5 milyondan çox yüksək keyfiyyətli klassik musiqini birləşdirir. Bundan əlavə olaraq servisdə yüzlərlə playlist və minlərlə eksklüziv albom təqdim edilir.
        İstifadəçilər servisin tətbiqində bəstəkarların profillərini ziyarət edə, onların bioqrafiyaları ilə tanış ola və əsas musiqi əsərlərini dinləyə bilərlər. Məlumatda qeyd edilib ki, Apple Music Classical servisi Apple Music abunəçilərinin hamısına pulsuz şəkildə təqdim ediləcək. Yeni servisin tətbiqi artıq App Store-da yerləşdirilib. Lakin onu 28 mart tarixindən yükləmək mümkün olacaq. Tətbiq iOS 15.4 və ondan sonrakı bütün iOS versiyalar üçün aktivdir. Tətbiqin Android versiyası daha sonra istifadəyə veriləcək.
    Linki kopyala