Apple istifadəçilər tərəfindən yüklənməyən tətbiqləri App Store-dan siləcək
Proqram Təminatı
Servislər
01.05.2022
Farid Pardashunas
Bir neçə gün bundan öncə Apple şirkəti rəsmi olaraq xəbər verdi ki, o, uzun müddət ərzində yenilənməmiş tətbiqləri App Store platformasından siləcək. Bu barədə bildirişi uzun müddət ərzində tətbiqlərini yeniləməmiş tərtibatçılar əldə ediblər. İndi isə Apple şirkəti App Store platformasından konkret olaraq hansı tətbiqlərin silinəcəklərini açıqlayıb. Verilmiş məlumata əsasən şirkət uzun müddət ərzində yenilənməmiş və istifadəçilər tərəfindən demək olar yüklənməmiş tətbiqləri öz platformasından siləcək.
“App Store platformasının yaxşılaşdırılması prosesi çərçivəsində son 3 il ərzində yenilənməmiş və minimal yüklənmə göstəricisinə çatmamış (ya ümumiyyətlə yüklənməmiş ya da son 12 ay ərzində çox nadir hallarda yüklənmiş tətbiqlər) tətbiqlərin tərtibatçıları elektron məktub vasitəsilə bildiriş əldə ediblər və həmin bildirişdə onların tətbiqlərinin App Store-dan mümkün silinəcək tətbiqlər kimi qiymətləndirildiyi qeyd edilib” - deyə Apple qeyd edib.
Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə uzun müddət ərzində yenilənməmiş tətbiqlərin tərtibatçıları Apple tərəfindən xüsusi bildiriş əldə etmişdilər. Həmin bildirişdə qeyd edilmişdi ki, sözügedən tətbiqlərin tərtibatçıları öz məhsullarını 30 gün ərzində yeniləməlidirlər. Əks halda həmin tətbiqlər App Store-dan silinəcəklər. Bəzi tərtibatçılar isə Apple şirkətinin bu qərarına narazılıqlarını bildirdilər. Belə ki, narazılıqlarını bildirmiş tərtibatçıların fikirlərinə əsasən tələbatda qalmaq üçün tətbiqlərin heç də hamısı daimi yenilənməyə ehtiyac duymur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)