main-post-cover

    App Store-da rəsmi ChatGPT tətbiqinin çoxlu sayda oxşar klonu ortaya çıxıb

    Proqram Təminatı
    Servislər
    23.05.2023
    Farid Pardashunas
        Keçən həftənin sonunda OpenAI şirkəti ChatGPT-nin iOS üçün rəsmi tətbiqini istifadəyə verdi. Lakin məlum olub ki, rəsmi tətbiq olmadan da App Store-da OpenAI şirkətinin məhsulunu imitasiya edən çoxlu sayda saxta tətbiq mövcuddur. İstifadəçilər daimi şəkildə App Store-da ChatGPT-nin adı və loqosuna bənzəyən elementləri özlərində birləşdirən tətbiqlərə rast gəlirlər. Həmin saxta tətbiqlər real fayda vermək əvəzinə istifadəçilərdən pul vəsaitlərinin əldə edilməsi üçün nəzərdə tutulub. Lakin onu da qeyd etmək lazımdır ki, App Store-da rast gəlinən ChatGPT kopyalarından heç də hamısı dələduzlar tərəfindən hazırlanmayıb.
        ChatGPT-nin çoxsaylı klonları oxşar loqodan istifadə edərək yalnız bir məqsədə xidmət göstərirlər. Söhbət, istifadəçiləri bahalı abunəliklərə qoşulmağa məcbur etməkdən gedir. Məsələn ElevenThirteen şirkətinin Chat AI adlı tətbiqi servisdən 3 günlük pulsuz istifadə müddətindən sonra istifadəçilərə həftəlik 7$ qiymətində abunəlik təklif edir. Nəticədə Chat AI servisindən aylıq istifadə haqqı OpenAI şirkətinin təklif etdiyi ödənişli ChatGPT Plus-dan aylıq istifadə haqqından daha yüksək başa gəlir. App Store-da təqdim edilmiş bu cür tətbiqlərdən heç də hamısı dələduzluqla məşğul deyil.
        Onlardan bəziləri ChatGPT-nin təklif etdiyi xidməti təklif edirlər və xidmətin təklif edilməsi çərçivəsində ya GPT-3.5 ya da GPT-4 dil modelindən istifadə edirlər. Bu cür tətbiqlər öz ölkələrində müəyyən səbəblərə görə ChatGPT-nin aktiv olmadığı istifadəçilər üçün faydalıdır. ChatGPT-dən istifadə imkanına sahib istifadəçilərin isə şübhəli funksionallığa sahib digər servisin xidmətindən istifadə etməsi məntiqsiz olardı. Bununla belə Chat AI tətbiqinin yaradıcıları bildiriblər ki, onların bu məhsuluna həftəlik 7$ ödəniş etməyə dəyər. Bununla yanaşı servisi yaratmış şirkətin portfoliosunda ona bənzər digər tətbiqlər də mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər