main-post-cover

    Alibaba şirkəti ChatGPT analoqunu təqdim edib

    Proqram Təminatı
    Servislər
    12.04.2023
    Farid Pardashunas
        Alibaba Group şirkəti süni zəka əsaslı ChatGPT çat-botuna bənzəyən fərdi generativ süni zəka modelini təqdim edib və bildirib ki, yaxın gələcəkdə o, şirkətin bütün servislərinə inteqrasiya ediləcək. Alibaba Group-un süni zəka əsaslı platforması Tongyi Qianwen adını əldə edib. Məlumatda qeyd edilib ki, Alibaba-nın süni zəka modeli dəvət məktublarını və səyahət marşrutlarını tərtib edə, qadın alıcılara kosmetika mövzusunda məsləhətlər verə bilir.
        Şirkət ilk növbədə süni zəka modelini DingTalk adlı korporativ messencerinə inteqrasiya etməyi planlaşdırır. DingTalk-a inteqrasiya ediləcək süni zəka modeli iş görüşmələrinin nəticələrini tərtib edə, elektron məktublar yaza və kommersiya məqsədli təkliflər tərtib edə biləcək. Gələcəkdə isə şirkət öz süni zəka modelini Tmall Genie adlı səsli köməkçisinə inteqrasiya edəcək. Alibaba-nın bulud texnologiyaları ilə məşğul olan şöbəsi öz müştərilərinə Tongyi Qianwen adlı platformanı təklif eədəcək. Sözügedən platforma şirkətin müştərilərinə süni zəka əsaslı fərdi dil modellərini yaratmağa imkan verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər