Marketinq mütəxəssisləri iftar süfrəsində görüşəcək — Marketing M-eating
Sosial Media
Rəqəmsal Marketing
09.06.2017
Farid Pardashunas
Bu ilin fevral ayından ölkəmizdə marketinq mütəxəssisləri tərəfindən təşkil olunan ilk “Marketing MeetUp”, ənənəvi görüşlərini bu dəfə iftar süfrəsində keçirəcəkdir.
İyun ayının 15 də “Marketing M-eating” adıyla təşkil olunan iftar süfrəsində Hell Energy Azerbaijan, Avrora Group, İnci Group of Companies (Ofisait), 189 Taxi, Mado, Azərsun, ButamÇay, Buket.al , Maxcreative, Technote.az, Endorphin Agency və digər şirkətlərin rəhbərləri və marketinq müdirləri iştirak edəcəkdir.
"Marketing M-eating" adlandırılan görüşdə 30-a yaxın marketoloqun iştirakı nəzərdə tutulub. Azərbaycanda ilk Marketing MeetUP təşkil edən və 6 aydır ki, bu ənənəni davam etdirən mütəxəssislər birlikdə iftar açaraq hər görüşdə olduğu kimi bu dəfə də ölkədəki marketinq problemlərinin müzakirə edib, fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, MeetUp-ın keçirilmə səbəbi ölkəmizdə bu sahənin inkişafı, yeni məhsulların tanıtımını təşkil etməkdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək