main-post-cover

    Yerli reklam agentliyinin 'Focus on Life' kampaniyası dünyada danışıldı

    Digər
    Reklam və Marketinq
    09.07.2020
    Farid Pardashunas
            “Focus Optika” Azərbaycanın ən böyük optik mağazalar şəbəkəsidir. “Xalqın eynəkçisi” mottosu ilə fəaliyyətinə davam edən şirkətin “Duyme Agency” tərəfindən gerçəkləşdirilən “Focus On Life” (Həyata fokuslan) adlı kampaniyasında əsas məqsəd son dövrlər ölkədə yaşanan problemləri, həmçinin ümumi neqativ ab-havanı unutdurmaqdır. Bununla yanaşı, həyatın gözəl tərəflərinə də diqqət çəkməkdir. Hər bir fəaliyyətdən zövq almaq üçün ona fokuslanmaq, mümkün qədər diqqət yetirmək lazımdır.
            Diqqətimizi necə istifadə etməyimiz həyatımızı müəyyənləşdirir. Bir musiqiçi diqqəti o qədər artırır ki, səslər və boşluqlardan digər insanların heç görməyəcəyi ölməz əsərlər yarada bilir. Bir həkim işinə fokuslanaraq həyatlar xilas edir. Fokus müvəffəqiyyətin açarıdır. Bir çox sahədə uğur və uğursuzluq arasındakı fərq düzgün fokuslanmaqdan asılıdır. Yaxşı maşın sürmək və bir fabrikdə iş qəzası yaşamamaq üçün işinə diqqət yetirmək və diqqəti cəmləşdirmək lazımdır.
            İşdən asılı olmayaraq, uğurlu olmaq, fövqəladə bir iş görmək üçün bütün düşüncələrini, canlarını və bədənlərini gördüyün işə yönəltmək lazımdır. Etdiyiniz işə fokuslanmaq təkcə uğurlu olmaq deyil, həm də sağlam və xoşbəxt münasibətlər qurmaq üçün də əvəzolunmaz şərtdir. Adətən sevdiyimiz və önəmsədiyimiz işlərə daha asan və uzun müddətli fokuslanırıq. Fokuslandığımız an nə işlə məşğul oluruqsa olaq, bütün çətinliklərə baxmayaraq, fərqində belə olmadan performansımız yüksəlir. Bir tələbənin imtahandan əldə etdiyi uğur da, bir profesionalın təqdimat performansı da ən az bilgisi qədər o işə fokuslanma qabiliyyətindən də asılıdır.

    Fokuslanmaq inkişaf etdirilə bilən bir bacarıqdır.  Qazandıqdan sonra mükafatlar bütün həyatımıza təsir edir. 

            Həyatın müxtəlif gözəl sahələri var və insanlar sanki həmin işlərdən zövq almağı unudublar. “Focus Optika” da məhz həmin unudulanları xatırlatmaq, insanları həyata yenidən bağlamaq və zövq yaşatmağı hədəfləyir. Hər bir vizualda istifadə edilən kompozisiyaların hazırlanması zamanı həqiqi eynək hissələrindən istifadə olunması üslub ilə kontenti birləşdirməyi bacarır. Bəzən bir eynək belə fokuslanmaq üçün kifayətdir. Əsas məsələ gözəlliklərin təbliğatı və onu həyata keçirəcək insanların varlığıdır. Həyatdan zövq almaq mümkündür, təki həyata fokuslan!
    Duyme Agency” tərəfindən “Focus Optika” üçün hazırlanan işləri sizə təqdim edirik. Aşağıdakı Qalereyadan baxa bilərsiniz. (Mənbə: Markzone.Az)
    Həmçinin qeyd edək ki, “Focus Optika” üçün hazırlanan bu işlər dünya mediasında da müəyyən qədər səs gətirdi və bir çox platformada paylaşıldı. 
    İşlərin paylaşıldığı xarici mənbələr:
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər