main-post-cover

    Vaksinasiya sənədini gətir, 'Kontakt Home'dan XÜSUSİ ŞƏRTLƏRLƏ KREDİT AL

    Digər
    Reklam və Marketinq
    19.05.2021
    Emil Nəcəfov
        “Kontakt Home” sağlam həyat tərzinin təbliği və insanları COVID-19 xəstəliyi ilə birgə mübarizəyə çağırmaq məqsədilə “VaksinAksiya” kampaniyasına başlayıb. Kampaniya çərçivəsində vaksinasiyadan keçmiş hər kəs mayın 31-dək “Kontakt Home” mağazalarında müvafiq sənədi təqdim etməklə bütün məişət texnikasını və televizorları ilkin ödənişsiz və komissiyasız, tam 18 ay faizsiz şərtlərlə əldə edə biləcək.
        Kampaniya vaksinasiyanın 1-ci mərhələsindən keçmiş hər kəsə şamil olunur. Təklifdən yararlanmaq üçün vaksinasiya zamanı verilən sənədi yaxud e-TƏBİB mobil tətbiqində COVID passport (peyvənd sertifikatı) bölməsində yerləşən elektron sənədi, həmçinin şəxsiyyətini təsdiq edən sənədi mağazada alış zamanı təqdim etmək kifayətdir.
        Cəmiyyət qarşısındakı sosial öhdəliyini anlayan “Kontakt Home” TƏBİB-ə könüllü müraciət edərək, öz əməkdaşlarına COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasına da köməklik göstərib. Eyni zamanda şəbəkə hər kəsi kütləvi immunitetin yaranması üçün vaksinasiya olunmağa çağırır!
        Qeyd edək ki, 2 milyondan çox müştəriyə xidmət edən və ölkənin ən böyük satış şəbəkələrindən olan “Kontakt Home” Samsung, LG, Bosch kimi 30-dan çox dünya brendinin rəsmi, Dyson, Toshiba, Electrolux, WHAL, Black&Decker, Hoffmann kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distributoru, Apple brendinin isə rəsmi satış mərkəzidir.
    Linki kopyala