main-post-cover

    Smartfon almaq istəyirsiniz? Seçiminizi yeni Samsung Galaxy A məhsul seriyasında dayandırın!

    Digər
    Reklam və Marketinq
    08.07.2022
    Farid Pardashunas
        Samsung müasir smartfonlarda təqdim olunan dörd əsas məqama: parlaq ekrana, keyfiyyətli kameralara, güclü prosessora və uzun ömürlü batareyaya diqqət yetirərək yenilənmiş A seriyasını təqdim etmişdir. Məhsul xəttində təqdim olunan smartfonlar bir biri ilə çox oxşar olsalar da, onları fərqləndirən bir çox cəhət vardır.
        Belə ki, smartfonlar həm ön tərəfdən, həm də arxa tərəfdən demək olar ki, eyni görünür. Cihazlar dəbdəbəli korpusa axarı keçid edən kamera blokuna malikdir. Arxa paneli tutqun mat teksturaya malik olan bu smartfonların, kənarları korpusla eyni rəngdə olan parlaq çərçivə ilə haşiyələnib. Burada kamera modulu gövdədə qabarıq şəkildə ifadə olunmayaraq, zərifcə korpusa birləşir.
        Qeyd edək ki, məhsul xətinin əsas üstünlüklərinin biri də, burada təmsil olunan bütün smartfonların IP67 standartına uyğun olaraq su və tozdan qorunmasıdır. Smartfonlar 5000 mAh tutumlu akkumulyatorlar ilə təchiz olunublar ki, bu da sizə gün ərzində aktiv həyat tərzi keçirməyə imkan verəcək. Bundan əlavə, 25W sürətli yükləmə,  təqdim olunan hər 3 modeldə mövcuddur. Həmçinin, bütün smartfonlar MScard-ın köməyi ilə daxili yaddaşın 1 TB-dək genişləndirilməsini dəstəkləyir. Bununla yanaşı, kart slotu ikinci SİM kart və əlavə yaddaş arasında seçim tələb etmir, o hibrid deyil. Smartfonlar iki versiyada buraxılır: 6/8 QB RAM və 128 / 256 QB daxili yaddaşa malik modellər.
        Gəlin smartfonların kamera dəstəyinə yaxından nəzər salaq:
    - Galaxy A73 - 108 MP (əsas modul) + 12 MP (ultra geniş bucaq) + 5 MP (dərinlik sensoru) + 5 MP (makro). 32 MP icazəli ön kamera.
    - Galaxy A53 - 64 MP (əsas modul) + 12 MP (ultra geniş bucaq) + 5 MP (dərinlik sensoru) + 5 MP (makro). Ön kamera icazəsi isə 32 MP.
    - Galaxy A33 - 48 MP (əsas modul) + 8 MP (ultra geniş bucaq) + 2 MP (dərinlik sensoru) + 5 MP (makro). Ön kamera icazəsi isə 13 MP.
        Görüldüyü kimi smartfonlar cəlbedici kamera modulu ilə təchiz edilmişdirlər. Sözü gedən bu kamera bloku sayəsində siz həm parlaq günəş şüaları altında, həm də qaranlıq gecədə çəkiliş edə və keyfiyyətli, parlaq fotoşəkillər əldə edə bilərsiniz.
        Əvvəllər günəşli gündə smartfon ekranında nəyin baş verdiyini anlamaq çətin idi, lakin yeni Galaxy A seriyasındakı ağıllı alqoritm sayəsində ekranı hətta ən parlaq günəş şüaları altında belə aydın şəkildə görmək mümkündür. Super alqoritm ekrandakı təsviri təhlil edərək, yüksək keyfiyyətli görüntü yaradır. Beləliklə, seriyanın smartfonları aşağıdakı displey göstəricilərinə malikdir:
    - Galaxy A73 - 6,7”. Super AMOLED Plus, 120Hz, 1080 x 2400 piksel, Corning Gorilla Glass 5, ekranın altında yerləşdirilmiş barmaq izi skaneri
    - Galaxy A53 - 6,5”, Super AMOLED, 120Hz, 1080 x 2400 piksel, Corning Gorilla Glass 5, ekranın altında yerləşdirilmiş barmaq izi skaneri
    - Galaxy A33 - 6,4” Super AMOLED, 90Hz, 1080 x 2400 piksel, Corning Gorilla Glass 5, ekranın altında yerləşdirilmiş barmaq izi skaneri
     
        Samsung Electronics-in MX (Mobile eXperience) şöbəsinin prezidenti və baş icraçı direktoru T. M. Ro, bildirib ki, “Biz inanırıq ki, hər kəs öz həyatında mobil texnologiyanın müsbət təsirini yaşamağa layiqdir”. O, həmçinin qeyd edib ki, “Galaxy A seriyasının ən son məhsul xətti ilə biz istifadəçilərə münasib qiymətə innovativ Galaxy mobil təcrübəsindən həzz almaq fürsəti təklif edirik.” Həqiqətən də, yeni smartfonlar yalnız “gözəl qaməti” ilə deyil, həm də orta qiymət seqmentinə aid smartfondan istifadə təcrübəsini yaxşılaşdıracaq güclü çipsetlə də fərqlənirlər. Belə ki, ilk iki smartfonda eyni prosessor quraşdırılmışdırsa, ən “böyük” modelin çipseti digərləridən tamamilə fərqlənir:
    - Galaxy A73 - Snapdragon 778G Prosessoru
    - Galaxy A53 - Exynos 1280 Prosessoru
    - Galaxy A33 - Exynos 1280 Prosessoru
        Samsung Galaxy A smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy A məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı  Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər