main-post-cover

    Onlayn dərslər üçün lazım olan – 6 ƏN ÖNƏMLİ ƏŞYA

    Digər
    Reklam və Marketinq
    04.09.2020
    Farid Pardashunas
        Əgər Məhəmməd məktəbə getmirsə, məktəb Məhəmmədgilə gələr... Bu il dərs üçün evi tərk edib, xususi harasa getməyə ehtiyac olmayacaq. Məktəblər, universitetlər özü sizin evinizə gələcək. Qonağı layiqincə qarşılaya bilmək üçün dərs masasını təkmilləşdirməyə hazırsınız? Kontakt Home-la birlikdə dərs ili üçün tam “silahlanırıq”! Beləliklə, başladıq:
        1. İşlərinizi görəcək – NOUTBUK
        İlk olaraq sizə ehtiyacınızı qarşılaya biləcək noutbuk lazım olacaq. HP-nin az büdcəli və sevilən modeli əla seçim ola bilər. Dərslərinizin rahatlığı üçün sizə lisenziyalı Windows və Ofis proqramları lazım olacaq. Əgər tələbəsinizsə demək, bəxtiniz gətirdi. Kontakt Home bütün HP noutbuklarını alan tələbələrə bu proqramları hədiyyə edəcək. Bunun üçün alış zamanı sadəcə tələbə biletini təqdim etməyiniz kifayətdir. 
        Yox, əgər standart parametrli noutbukdan daha artığına ehtiyacınız varsa, o zaman Acer Aspire 3 100% bəyənəcəyiniz model olacaq. Güclü Core i5 prosessor və 1TB yaddaş bu noutbukda daha çox faylla eyni anda işləmək imkanı verəcək. Yeri gəlmişkən, Kontakt Home-da bu noutbuku ayda cəmi 49,95 manat ödəməklə əldə etmək olar. 
        2. Ən yaxın dostunuz – SMARTFON
        Evdə 2 uşaqsınız və 1 noutbuku bölə bilmirsiniz. Onda mütləq güclü smartfonunuz olmalıdır. Online dərslər üçün smartfon seçərkən batareyasına xüsusi önəm verin. Əks halda ya dərsi yarımçıq tərk etmək məcburiyyətində qalacaq, ya da elektrik yuvasının yanından ayrılmamalı olacaqsınız. Bu şəkildə smartfondan istifadə isə həm sizin sağlamlığınıza, həm də smartfonun işləməyinə zərərdir. Xiaomi Redmi Note 9 smartfonu ilə 1 deyil, hətta 2 növbənin dərslərində rahat əyləşə biləcəksiniz. Təbii ki, telefonun tək üstünlüyü batareyası deyil. Maraqlı dizaynlı bu modelin 4 (48 mpx + 8 mpx + 2 mpx + 2 mpx) əsas və 1 (13 mpx) ön kamerası var. Online bağlantı zamanı görüntü problemi yaşamayacaqsınız. Əminliklə əlavə edirik ki, 2020-ci ilə aid bu smartfon yaxın dostunuza çevriləcək. 
        3. Yol yoldaşınız olacaq – PLANŞET
        Onlayn dərslərin bir üstünlüyü odur ki, evdə sıxılan zaman lap təbiət qoynunda dərslərə qoşula bilirsiniz. Amma ordan bura, burdan ora noutbuk daşımaq çətinlik yarada bilər. Belə olan halda sizin ən yaxşı yol yoldaşınız planşet olacaq. 8 düym ekranlı Samsung Galaxy Tab A 8.0 planşetini sınayın. Kompakt ölçüsünə baxmayaraq, bu model kifayət qədər böyük ekrana və batareyaya sahibdir. Bu da cihazın iş saatını uzunmüddətli edir. Fikriniz heç nəyə yayınmadan onlayn dərslərdən yararlana biləcəksiniz. Bu cihaz asudə vaxtlarınızda da sizin köməkçiniz olacaq – istər film izləyin, istərsə də oyun oynayın. 
        4. Heç kimə mane olmamaq üçün QULAQLIQ-dan istifadə edin
        Onlayn dərslər zamanı ailə üzvlərinizə mane olmaq istəmirsinizsə, mütləq yaxşı qulaqlığınız olmalıdır. Qulaqlıqsız dərsə qoşulmağınız həm də müəllim üçün narahatlıq yarada bilər. Səsiniz əks səda verə ya da uzaqdan eşidilə bilər. Bu isə dərsin keyfiyyətini aşağı salır. Qulaqlıq seçərkən yaxşı səs keyfiyyəti ilə bərabər qulağa rahat oturmağına fikir verin. Uzun dərslərdən sonra bir də başağrısı çəkmək heç kimə lazım deyil. Yaxşı seçilmiş qulaqlıq həm dərslər zamanı, həm də asudə vaxtınızda keyfiyyətli musiqidən zövq almağınıza kömək olacaq. Qatlana bilən Canyon modeli qulaqlıqlar bu parametrlərə tam cavab verir. Üstəlik büdcə dostudurlar. Kontakt Home-da bu dəbli qulaqlıqları cəmi 29.99 manata ala bilərsiniz.
        5. Dərs otağının əvəzsiz avadanlığı – PRİNTER 
        Dərs otağının tamamlanması üçün üçün bircə printeriniz çatmır. Ev tapşırıqlarını, elektron mühazirələri və ya dərsliklərin müəyyən qismini çap etmək üçün əlimizdən tutan məhsuldur printer. “Back to School” kampaniyası çərçivəsində bütün Canon printerlərini Kontakt Home-da 12 ay faizsiz şərtlərlə eldə etmək olar. Biz bu fürsəti qaçırmayın deyirik. 
        6. Bütün dərsliklər bir cihazda – ELEKTRON KİTAB
        Çap etmək istəmirsiniz, lakin kitab oxumağı çox sevirsinizsə, PocketBook elektron kitabı tam sizlikdir. Bu cihaz bütün pdf formatlı faylları dəstəkləyir. Bu o deməkdir ki, bədii ədəbiyyatlarla yanaşı, e-derslik saytından sizə lazım olan kitabları yükləyib buradan oxuya biləcəksiniz. Beləliklə, kitablarınız hər zaman yanınızda olacaq. Cihaz cibə və əl çantasına yerləşdiyi üçün özünüzlə istədiyiniz yerə də apara biləcəksiniz. Ən əsası elektron kitab gözlərinizi yormur. Sağlamlığınızın qeydinə qalaraq təhsil alın.
        Bütün bu məhsulları “Back to school” kampaniyası çərçivəsində Kontakt Home-dan çox sərfəli nağd və 18 ayadək hissəli alış təklifləri ilə almaq imkanınız var. Üstəlik, endirimli nağd qiymətləri taksit kartları ilə 18 bərabər hissəyə bölərək də ala bilərsiniz.
        Bundan başqa, Kontakt Home tələbələr üçün xüsusi hissəli alış şərtləri təqdim edir. İstər Bakı, istərsə də bölgə qeydiyyatlı tələbələr sadəcə tələbə bileti və şəxsiyyət vəsiqəsi ilə Kontakt Home-dan dəyəri 1200 manatadək olan məhsulları ilkin ödənişsiz şərtlərlə ala bilər.
        Təklifləri dəyərləndirmək və ya öz zövqünüzə uyğun təklif formalaşdırmaq üçün Kontakt Home mağazalarına yaxınlaşın yaxud kontakt.az saytından onlayn sifariş verin. Kontakt Home əməkdaşları ən qısa zamanda sizinlə əlaqə yaradacaq, sifarişinizi rəsmiləşirəcək və qısa zamanda ünvanınıza çatdıracaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər