main-post-cover

    Ölkəmizdə ilk dəfə beynəlxalq virtual TECH4GOOD sammiti baş tutmuşdur

    Digər
    Reklam və Marketinq
    09.06.2021
    Emil Nəcəfov
        Ölkəmizdə 5 İyun tarixində beynəlxalq virtual TECH4GOOD sammiti baş tutmuşdur. Sammitin mövzusu əmək bazarında işçi qüvvəsinin rəqəmsal biliklərinin artırılması və sosial innovasiyaya həsr olunmuşdur.
        Sammit Dünya Iqtisadi Forumunun Global Shaper Bakı Nümayəndəliyi, New York Texnologiya Institutu, Cerracap Cares, Technovate Investments, Arbisoft, GoUp, Wastespresso əməkdaşlığı nəticəsində meydana gəlmişdir.
        Sammitdə texnologiyanın dünyanın müxtəlif ölkələrində cəmiyyətin sosial və ətraf mühitə dair problemlərin həllində innovativ yanaşma nəticəsində müsbətə doğru gətirdiyi dəyişikliklərdən bəhs edilmişdir. Tədbir ərzində fərqli ölkələrdən dünyamiqyaslı akademik tədrisçi, mentorlar, startap ekosistem liderləri və investorlar  məruzəçi qismində çıxış etmişlər. Eləcə də ətraf mühit sahəsində uğur qazanan innovativ startaplar öz yaranma və uğur hekayələrini auditoriya ilə bölüşmüşlər.
        TECH4GOOD platformasının təsisçisi Günay Muxtarova qurulan platformanın gələcəkdə sözü gedən mövzu ətrafında maarifləndirmə işini davam etdirəcəyini bildirmişdir.
    Linki kopyala