main-post-cover

    Musiqi hər yerdə! “Bang & Olufsen” akustika sistemləri haqqında – Foto

    Digər
    Reklam və Marketinq
    05.08.2022
    Farid Pardashunas
        Bu gün hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilən musiqini dinləməyi sevməyən insan çətin tapa bilərik. Müxtəlif musiqi ritmlərinə dalmağın inanılmaz atmosferindən asılı olmayaraq, dinləyiciyə səsin əla keyfiyyəti və səslənmənin mükəmməl təmizliyi həmişə vacibdir. Bu keyfiyyətlər sevimli musiqinizi istənilən yerdə dinləməyə imkan verən “Bang & Olufsen” brendinin məhsulları olan 2-ci nəsil “Beosound A1”“Beosound Explore” akustika sistemlərində ahəngdar şəkildə birləşir. Oxşar üstünlüklər və fərqlər barədə aşağıdakı materialda danışacağıq.  
        2-ci nəsil “Beosound A1” təkminləşdirilmiş dizayn, yenilənmiş istifadəçi interfeysi və çox sayda yeni və faydalı funksiyalara malik güclü portativ akustika sistemidir. O, səsucaldıcını özünüzlə istənilən yerə aparmağa imkan verən kompakt və nəmə davamlı korpusa malikdir. Sukeçirməz, portativ və möhkəm “Beosound Explore” istənilən maraqlı macərada sadiq yol yoldaşı olaraq aktiv istirahət və səyahətlərə hazırdır. Xüsusilə onu da vurğulayaq ki, hər iki akustika sistemi IP67 toz və sukeçirməmə standartı sayəsində pis hava şəraitinə tab gətirir, heç bir nasazlıq yaşamadan suyun içində qala bilir.
        Fotoda Beosound Explore
        “Beosound A1” 18 saatadək avtonom işi təmin edir. “Beosound Explore”da isə (normal səs yüksəkliyində) bu göstərici 27 saatadəkdir. Bu isə akustika sistemlərini enerjiyə qoşmadan bütün gün ərzində istifadə etməyə imkan verir. Birincisinin tam enerji yığmasının müddəti 2 saat 45 dəqiqə, ikincisinin də, həmçinin üç saata yaxındır. 
        Hər iki sistemin səs istiqaməti 360 dərəcədir. Hər iki model açıq havada işləmək üçün köklənmiş iki ədəd 1,8 düymlük tam diapazonlu və genişzolaqlı dinamiklərlə təchiz olunub ki, bu da komfortlu dinləmə üçün zəruri olan möhkəm və yüksək səsi təmin edir. 
        Fotoda 2-ci nəsil “Beosound A1”
        Maksimal dərəcədə həcmli və tam səslənməsi ilə seçilən “Bang & Olufsen”in iki modelini birləşdirən üstünlük səsin yüksək keyfiyyətidir. Həm “Beosound A1”, həm də “Beosound Explore”un ümumi gücü 60 Vt-dır, səsin maksimal səviyyəsi isə 91 desibelə çatır.  
        Hər iki halda sistemlərin tənzimlənməsi yetərincə rahatdır – istifadəçi sadəcə “Google Play” və ya “Apple Play Store” onlayn mağazasından “Bang & Olufsen” tətbiqini yükləməlidir. Bu tətbiq vasitəsilə həm cəmi bir neçə kliklə hər şeyi tənzimləmək, həm də akustika sistemlərinin təqdim etdiyi bütün imkanlardan yararlanmaq olar. 
        Həm 2-ci nəsil “Beosound A1”, həm də “Beosound Explore” bir səsucaldıcını iki qurğu ilə (iki telefona qoşulma) eyni anda istifadəyə və musiqiləri idarə etməyə imkan verən “Multipoint” funksiyasını dəstəkləyir. 
        “Beosound Explore”un dizaynı ən xırda detallaradək düşünülüb – rahat forma və optimal çəki səsucaldıcını əldə tutmaq üçün son dərəcə portativ və rahat edir. Korpusun möhkəm aşağı hissəsi və alümin karabinlə təchiz olunması isə onun, demək olar, istənilən səthdə asan yerləşdirilməsinə imkan yaradır ki, bu da səyahətlər zamanı xüsusilə vacibdir. Öz növbəsində təkminləşdirilmiş “Beosound A1”in dizaynı zərif və kompaktdır. Bu da musiqidən zövqalmanı daha çox və yaxşı təmin edir. Yenilənmiş səsucaldıcı daha nazik, yüngül və möhkəmdir. 
        Sonda belə bir nəticəyə gəlirik ki, yuxarıdakı iki məhsul dinləyiciyə zövq verən mükəmməl səs keyfiyyətinə malikdir. 100%-dən də çox əmin olun ki, 2-ci nəsil “Beosound A1” və “Beosound Explore” harada olmağınızdan asılı olmayaraq, sizi ideal səslə təmin edəcəklər!
        Azərbaycanda “Bang & Olufsen” şirkətinin məhsullarını “Italdizain”, “Alma Store”, “Kontakt Home”, “Baku Electronics”, “Irshad” mağazalarından əldə edə bilərsiniz.
        Brend haqqında
        “Bang & Olufsen” 1925-ci ildə Danimarkanın Struer şəhərində əsası qoyulmuş lüks səs brendidir. Şirkətin yaradıcıları olan Piter Banq və Svend Olufsenin yanaşması və işə sadiqliyi indiyədək şirkətin fəlsəfəsinin əsasını təşkil edir. Təxminən bir əsrə yaxın müddətdir ki, “Bang & Olufsen” şirkəti səs texnologiyaları haqqında təsəvvürləri genişləndirir və akustik innovasiyaların ön cərgəsində qalmaqda davam edir. Şirkətin məhsulları bu gün də gözəl musiqinin, zamanı qabaqlayan dizaynın və təkraredilməz yaradılma ustalığının unikal ahəngini təcəssüm etdirir. Şirkətin yenilikçi və qabaqcıl məhsulları bütün dünyada “Bang & Olufsen” mağazalarında, bang-olufsen.com saytı vasitəsilə və bir sıra pərakəndə satış mağazalarında satılır.
        Şirkətdə 700-dək işçi çalışır. Brend 70-dən çox ölkənin bazarında təmsil olunur. “Bang & Olufsen” şirkətinin səhmləri “NASDAQ Copenhagen A/S” fond birjasında ticarət olunur.
        Daha ətraflı məlumatı www.bang-olufsen.com saytından əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər