Məktəblilər arasında 'AZERCELL CUP' proqramlaşdırma üzrə müsabiqəyə start verilir!

Məktəblilər arasında 'AZERCELL CUP' proqramlaşdırma üzrə müsabiqəyə start verilir!

Reklam və Marketinq
10.06.2021 PAYLAŞIM

    Azərbaycan Respublikası Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsini elan edir. 5-7-ci sinif şagirdlərinin iştirak edə biləcəyi bu tədbir lider mobil operatorun 25 illik yubileyinə həsr olunub. 

    Müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytı üzərindən iyun ayının 10-dan 20-dək davam edəcək. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutacaq. İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar. 


    Qeyd edək ki, müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

    Xatırladaq ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.

    Müsabiqə haqqında əlavə məlumat üçün [email protected] elektron ünvanına müraciət edə bilərsiniz. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ölkəmizdə ilk dəfə beynəlxalq virtual TECH4GOOD sammiti baş tutmuşdur

Ölkəmizdə 5 İyun tarixində beynəlxalq virtual TECH4GOOD sammiti baş tutmuşdur.


'Satışın artırılması: Xəlifəti əlindən alınmış, xəlif, kimi hiss edirəm özümü!'..

Niyə başlığın belə seçildiyini birazdan izah edərəm. İndi isə hazırki vəziyyəti analiz edək...


Azercell tələbələr üçün yeni karyera imkanları yaradır

Lider mobil operator növbəti karyera sərgisində iştirak edib


Azercell 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə şəhid övladları..

Azercell-in dəstəyilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Kiçik Ürəklərdə Böyük..


Azercell diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirir

Xidmət səviyyəsinin yüksəldilməsinə yönəlik xüsusi sertifikasiya prosesi ölkə bazarında ixtisaslı ka..


Azercell şəbəkəsində yaranmış problem ilə bağlı açıqlama

Abunəçilərimizin nəzərinə çatdırmaq istərdik ki, bəzi bölgələrdə zənglərin həyata keçirilməsində və ..

×