main-post-cover

    'Kontakt'ın dəstəyi ilə yeniyetmə qızlar üçün keçirilən 'Her Improvement' proqramı uğurla başa çatdı

    Digər
    Reklam və Marketinq
    29.09.2022
    Emil Nəcəfov
        “Kontakt” mağazalar şəbəkəsinin dəstəyi, “FemTech” platformasının təşkilatçılığı ilə baş tutan “Her Improvement” proqramı ötən günlərdə uğurla sonlanıb.
        Proqramın bağlanış gecəsində layihə təşkilatçıları, dövlət rəsmiləri, proqram iştirakçıları və digər qonaqlar iştirak edib. Proqramın yeniyetmə qız iştirakçıları komandalar şəklində öz startap ideyalarını da auditoriyaya təqdim ediblər. İdeyalar auditoriya tərəfindən aktiv müzakirə olunub və ideyaların real startapa çevrilməsi üçün iştirakçılara faydalı tövsiyələr verilib. Tədbirin sonunda bütün layihə iştirakçılarına diplomlar və “Kontakt”dan hədiyyələr təqdim olunub.
        “Kontakt”ın dəstəyilə həyata keçirilən “Her Improvement” proqramı 1 il müddətində 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar aşılanıb. Proqrama həmçinin yumşaq bacarıqların inkişafına yönəlmiş təlimlər, kodlaşdırma və biznes istiqamətli dərslər, üstəlik mentorların dəstəyi və valideynlərlə görüş də daxil idi.
        “Qadınların Səlahiyyətləndirilməsi” Proqramı “Kontakt” mağazalar şəbəkəsinin korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətidir və bu istiqamətdə illərdir ki davamlı layihələr həyata keçirir.
        Hazırda “Kontakt”ın Azərbaycan üzrə ümumilikdə 33 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, eləcə də kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.
    Linki kopyala