Kontakt Home yaralı əsgərlərin müalicəsi üçün 150 000 manat yardım etdi

Kontakt Home yaralı əsgərlərin müalicəsi üçün 150 000 manat yardım etdi

Reklam və Marketinq
19.10.2020 PAYLAŞIM

    Kontakt Home mağazalar şəbəkəsi “Orduya dəstək” kampaniyası çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat bağışladı. Bağışlanan məbləğ Qarabağın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə yaralanan əsgər və zabitlərimizin müalicəsinə yönləndiriləcək.

    Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsi 10-16 tarixlərində satdığı məhsullardan əldə edəcəyi nağd gəlirin hamısını hərbçilərin müalicəsinə xərcləyəcəyini öz sosial şəbəkə hesablarında öncədən elan etmişdi. Bu elan həm müştərilər, həm də sosial media izləyiciləri tərəfindən böyük rəğbət qazanmışdı. Kontakt Home öz növbəsində kampaniyaya dəstək olaraq bağışlanmış məbləği daha da yüksəldən müştərilərinə təşəkkür edib. 


    Xatırladaq ki, Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şəbəkə Qarabağın azadlığı uğrunda hazırda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir. Bundan başqa, hazırki hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır. Şəbəkə həmçinin səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış 100-dən çox Kontakt Home əməkdaşının hər birinin ailəsinə 500 manat məbləğində birdəfəlik yardım edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz ..

Samsung -un təqdim etdiyi Galaxy Z Fold3 və Galaxy Z Flip3 qatlanan smartfonları, sözün əsl mənasınd..


AzDimension və Nvidia tərəfdaşlıq müqaviləsi imzaladılar

 Azərbaycan oyun yaradılma sənayesinin tarixində əlamətdar bir an gəldi.


50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercel..

Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəf..


Məktəblilər arasında 'AZERCELL CUP' proqramlaşdırma üzrə müsabiqənin final mərhə..

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının m..


Azercell Tokio-2020-nin qaliblərini təbrik etdi

Şirkət beynəlxalq olimpiadada öz qələbəsilə Azərbaycan bayrağını zirvələrdə dalğalandıran olimpiya v..


Rəsmi iPhone 13 modelini 'Kontakt'dan ilk alanlar 300 manatlıq hədiyyə qazanacaq..

Rəsmi iPhone 13 modellərini hamıdan daha əvvəl, üstəlik ən sərfəli şərtlərlə almaq istəyirsiniz? Elə..

×