main-post-cover

    Kontakt Home koronavirusla bağlı işçilərinə maddi yardım ayırdı

    Digər
    Reklam və Marketinq
    05.08.2020
    Emil Nəcəfov
        Pandemiya şəraitində kontakt.az – onlayn mağazası vasitəsilə müştərilərinə xidmət göstərən Kontakt Home, mövcud şəraitlə əlaqədar əməkdaşlarının yalnız bir qisminin xidmətindən yararlana bilir.
        Belə olan halda, əməkdaşlara dəstək məqsədilə şirkət rəhbərliyi iyul ayı ərzində işləməyən və ya qismən işləyən əməkdaşlarına işləmədikləri günlərin sayından asılı olaraq 200 manatadək birdəfəlik maddi yardım ayırıb.
        Eyni zamanda, şirkət onlara əmək haqqlarının maddi yardımdan əlavə hissəsini avans şəklində almaq imkanını da verib. Bundan əlavə, Kontakt Home mağazalar şəbəkəsindən hissəli alışla məhsul əldə etmiş və pandemiya ilə əlaqədar ödəniş etməkdə çətinlik çəkən əməkdaşlara ödənişlər üçün karantin müddətinin sonunadək möhlət də verilib.
        Qeyd edək ki, cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən Kontakt Home pandemiyanın ölkəmizə daxil olduğu ilk gündən koronavirus və onun mənfi iqtisadi təsirləri ilə aktiv mübarizə tədbirləri həyata keçirir.
    Linki kopyala