main-post-cover

    Kontakt Home-dan sifarişlərinizi rəhbərlər çatdırır

    Digər
    Reklam və Marketinq
    27.07.2020
    Emil Nəcəfov
        “Birimiz hamımız, hamımız sənin üçün!” – vəzifəsindən asılı olmayaraq Kontakt Home-un bütün əməkdaşları müştərilərin sifarişlərini sürətli, pulsuz və təhlükəsiz çatdırmaq üçün bu şüar altında birləşdilər.
        Ölkəmizdə mövcud karantin rejimi ilə əlaqədar müştərilərin evdə olduqları müddətdə ehtiyac duyduqları elektronika və mebel əşyalarını vaxtında çatdırmaq üçün Kontakt Home mağazalar şəbəkəsinin müxtəlif şöbələrinin rəhbərləri, mağaza direktorları kuryer xidmətini həyata keçirirlər. Deyəsən bu iş hətta onların xoşuna da gəlməyə başlayıb:

     “Adi günlərdə işimizin əksər vaxtını ofisdə, kompüter arxasında keçiririk. Karantində müştərilərimizi şəxsən tanımaq imkanımız oldu. Çatdırılma ilə bərabər, istəklərinə görə məhsullar üzrə təlimat da keçir. Müştərilərlə birbaşa ünsiyyətdə olub onları daha yaxşı tanımaq xüsusilə zövqlüdür”.
        Radik Əsgərli/Kiçik Məişət Texnikası üzrə bölmə rəhbəri

        Çatdırılmanı daha sürətli həyata keçirməklə bərabər, digər məqsəd həm də ümumi işə dəstək olmaq, çatdırılma əməkdaşlarının iş yükünü azaltmaqdır.

    “İndi onlayn şöbənin yükü mağazaların fəaliyyətdə olduğu vaxtlardan qat-qat çoxalıb. Birimiz hamımız üçün deyiriksə, demək ki, ən çətin anlarda da bir-birimizə kömək olmalıyıq. Onsuz da hamımızın işinin son məqsədi müştəriyə xidmətdir. 
        Vaqif Hüseynov/“Sahil” mağazasının direktoru

        Çatdırılma zamanı təhlükəsizlik qaydalarına 100% əməl olunur.

    “Hər şeydən öncə təhlükəsizlik! – Bu,  bizim işimizin əsas prinsiplərindən biridir. Ona görə həm müştərilərimizin, həm də şəxsi təhlükəsizliyimiz üçün çatdırılmanı qoruyucu maska və əlcəklərdə həyata keçiririk”.
        Pərviz Mayılov/Telefonlar üzrə bölmə rəhbərinin müavini

        Qeyd edək ki, Kontakt Home müştərilərin tələbatını qarşılamaq məqsədilə həm Çağrı Mərkəzinə, həm Onlayn Kredit şöbəsinə, həm də Çatdırılma xidmətinə onlarla yeni əməkdaş cəlb edib.
        Satışları karantin müddətində yalnız www.kontakt.az saytı vasitəsilə həyata keçirən Kontakt Home sürətli çatdırılmanı təmin etmək üçün ünvanlara mopedli kuryerlər yollayır. Sifarişlər Bakı, Abşeron, Sumqayıt, Gəncə (Daşkəsən, Şəmkir, Goranboy, Mingəçevir, Samux, Göygöl), Qəbələ (Şəki, Oğuz, Ağdaş, Göyçay, İsmayıllı) və Masallı (Cəlilabad, Yardımlı, Lerik, Lənkəran, Astara) daxilində istənilən ünvana pulsuz çatdırılır.
    Linki kopyala