İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində 'Açıq Məlumatlar Portalı'nın təqdimatı keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində 'Açıq Məlumatlar Portalı'nın təqdimatı keçirilib

Reklam və Marketinq
28.11.2022 PAYLAŞIM

    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu gün “Açıq Məlumatlar Portalı”nın yenilənmiş versiyasının ictimaiyyətə təqdimatı keçirilib. “Açıq Məlumatlar Portalı” dövlət orqanlarında və digər qurumlarda formalaşan açıq məlumatların insan və maşın tərəfindən oxunabilən və rəqəmsal formatlarda təqdim edildiyi sistemdir. Portal ölkədə olan açıq məlumatları vahid bir platformada toplayaraq onların müxtəlif formatlarda  təqdim edilməsini həyata keçirir. Layihənin texniki olaraq ərsəyə gəlməsini RİNN tabeliyində fəaliyyət göstərən ‘’AzİnTelecom’’ MMC həyata keçirib.


    Portalın yenilənmiş versiyası bir sıra üstünlüklərə malikdir. Yeni versiyada son texnologiyaların tətbiqi ilə daha dayanıqlı arxitekturanın qurulması, yeni dizayn ilə istifadəçi rahatlığının təmin edilməsi və məlumatların maşın tərəfindən də oxunabilən formatlarla yanaşı insan tərəfindən oxunabilən formatlarda da  (JSON, XML, CSV, XLS, DOC, PDF) təqdim edilməsi təmin edilmişdir. Eyni zamanda Portalda mövcud olan kateqoriyalar zənginləşdirilmiş, yeni xidmətlərin əlavə edilməsi funksionallığı asanlaşdırılmış və istifadəçilər üçün genişləndirilmiş axtarış imkanı əlavə edilmişdir.

    “Açıq Məlumatlar Portalı” dövlət qurumları və vətəndaşlar arasında olan qarşılıqlı əlaqələrin və şəffaflığın artırılmasınamüsbət töhfəsini verəcəkdir.

    İnnovasiya ekosisteminin oyunçuları portaldakı məlumatlardan istifadə edərək data əsaslı yeni məhsul və xidmətlər yarada biləcək, eyni zamanda elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərən tədqiqatçılar bu Portalda öz əksini tapmış açıq dövlət məlumatları vasitəsilə təhlil və tədqiqat işlərini daha keyfiyyətli təşkil edə biləcəklər.

    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavinin vəzifələrini  müvəqqəti icra edən Rəşad Xalıqov təqdimat zamanı bildirib ki ”Açıq Məlumatlar Portalı”nın inkişafı ölkədə rəqəmsal inkişaf sahəsində atılan vacib addımlardan biridir. 

    Qeyd edək ki, Portalın təqdimatında dövlət qurumları və özəl sektor nümayəndələri ilə yanaşı startap ekosisteminin fəal təmsilçiləri də iştirak edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×