İlk Meta agentlik və Boodi layihəsi
Digər
Reklam və Marketinq
19.04.2022
Farid Pardashunas
Duymeta Azərbaycanlı həmtəsisçilərin qurduğu İsrail-Azərbaycan mərkəzli bir Web 3.0 startup-ıdır. Startup İncəsənət (art) və Web 3 texnologiyalarını birləşdirərək insanların həyatına əyləncə və dəyər qatmağı hədəfləyir. İlk və geniş layihəsi olan #Boodi tədbir və əyləncə dünyasına xitab edən Solana blokchain əsaslı 3 mərhələli bir təşəbbüsdür.
Layihə:
1) Bədən hərəkəti NFT satış-icması formalaşdırmaq;
2) Bu hərəkətlər əsasında keçid-giriş texnologiyası;
3) 3-cü mərhələ olaraq Metaverse tədbirləri üçün tədbir və bilet idarəetmə platforması yaradacaq;
Təbii ki, bunlar ciddi bir “roadmap” (yol xəritəsi) və plan ilə gedir. Layihənin ilkin mərhələsi hal-hazırda NFT icması formlaşdırma olub, bu mərhələdə NFT sahibləri dünyanın müxtəlif şəhərlərindəki əyləncə, festival və tədbir məkanlarına xüsusi giriş və imtiyazlar qazanacaq. Bu şəhərlərə Dubay, İbiza, London, Nyu York, Barselona, Banqkok və sair məşhur festival, konsertlərin keçirildiyi yerlər daxildir. Startup ilk ayından Tel -Aviv Universiteti daxilindəki Delta Startup Studio-ya, ikinci ayında isə Sabah.lab-in programına daxil olmağa müvəffəq olmuşdur. Burada onlar investisiya və inkişaf-mentorluq fürsətlərindən yararlanacaqlar."
Həmtəsisçilər:
Mubariz Şahbazlı
Faiq Əliyev
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)