main-post-cover

    Gömrük qaydaları sərtləşdirildi: Xaricdən məhsul sifarişi limiti endirildi

    Digər
    Reklam və Marketinq
    22.08.2020
    Nijat Hamid
            Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Baş nazir Əli Əsədov-un imzaladığı qərar ilə birliktə gömrük qaydalarında ciddi dəyişikliklər edilib.

    Fiziki şəxslər tərəfindən gətirilən malların rüsum limitləri endirilib.

            Yeni qaydalara əsasən fiziki şəxslər xaricdən özləri ilə birliktə rüsum ödəmədən gətirə biləcəyi malların limiti 800 dollara endirilib. Bu limit əvvəl 1500 dollar idi. Yəni əvvəl vətəndaşlar xaricə gedərək özləri ilə birliktə 1500 dollara kimi məhsul gətirə bilirdilər və gömrükdə bu məhsula görə rüsum ödənilmirdi. Məhsulun dəyəri 1500 dolları keçdiyi zaman gətirən fiziki şəxs gömrüyə məhsula uyğun rüsum ödəməli idi. İndi isə bu limit 800 dollara endirilib. Beləki fiziki şəxs xaricdən özü ilə birliktə gətirdiyi məhsulun dəyəri 800 dolları keçməməlidir. Əks halda gömrük qaydalarına əsasən rüsum ödəniləcək.
            Qaydalarında edilən bir digər dəyişiklik isə karqo şirkətləri Azerpoçt vasitəsilə xaricdən gətirilən məhsullara aiddir. Yeni dəyişikliyə əsasən vətəndaş internet üzərindən 1000 dollara qədər məhsul sifariş etdiyi zaman gömrükə rüsum ödəmirdisə, indi bu limit 300 dollara endirilib. Yəni artıq karqo şirkətləri Azerpoçt daşıma servisi ilə xaricdən dəyəri 300 dollardan artıq məhsul sifariş etdikdə gömrüyə rüsum ödəməli olacaq. Qeyd edək ki, qaydalar 1 ay ərzində edilən sifarişlərə aiddir. Həmçinin 1 ay ərzində 1 məhsuldan eyni və ya eynicinsli 2 ədəddən daha çox gətirdiyiniz halda gömrük limitini keçməsiniz belə rüsum ödəməli olacaqsınız.
    Yeni qaydalar 30 gün sonra qüvvəyə minəcək.
    Yeni qaydalar ilə birliktə:
    • Xaricdən noutbuk gətirmək əvvəlki kimi sərf etməyəcək.
    • Xaricdən kompüter detalları gətirmək əvvəlki kimi sərfəli olmayacaq.
    • Xaricdən smartfon gətirmək daha baha başa gələcək.
    • Xaricdən 300 dollar üzərində elektronik əşya gətirdiyiniz halda rüsum ödəməli olacaqsınız.
    Yeni qaydaları tam ətraflı oxumaq üçün bu linkə keçid edə bilərsiniz: Mənbə
            
    Linki kopyala