'Gənclər bacarır!' layihəsi yay düşərgəsində

'Gənclər bacarır!' layihəsi yay düşərgəsində

Reklam və Marketinq
10.08.2023 PAYLAŞIM

    “Azercell Telekom” və “SOS Uşaq Kəndləri” Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində “Gənclər bacarır!” layihəsinin iştirakçıları üçün yay düşərgəsi təşkil olunub. 24-28 iyul Qusar rayonunun İdman Olimpiya Mərkəzində keçirilən tədbirdə 40 -a yaxın gənc iştirak edib. 

    5 günlük proqrama əsasən “SOS Kəndlərinin” yetirmələri düşərgədə müxtəlif qrup çalışmaları və komanda oyunları vasitəsilə “Bacarıqların müəyyən edilməsi”, “Liderlik və Ünsiyyət bacarıqları”, CV-lərin düzgün hazırlanması və işə müraciət etməyin yeni yolları ilə tanış olublar. Bundan əlavə İnsan Qaynaqları mütəxəssisləri ilə sual-cavab sessiyası, “Gələcəyin bacarıqları”, “Mock müsahibələr”, “Karyera planlaması”, “Vaxtın idarə olunması” mövzularında tematik və praktik təlimlər də təşkil olunub.


    Qeyd edək ki, Azercell-in dəstəklədiyi “Gənclər bacarır!” layihəsi "SOS Uşaq Kəndləri”nin gənc sakinlərinin təhsili, peşəkar inkişafı və işlə təmin olunması məqsədi daşıyır. Lider mobil operator xüsusi qayğıya ehtiyacı olan və həssas qrupa aid şəxslərin sağlamlıq və hüquqlarının qorunması, cəmiyyətə inteqrasiya olunması, keyfiyyətli təhsil ala bilməsi istiqamətində layihələrini davam etdirir.



DAHA ÇOX


"Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim ed..

Yeni bağlantı imkanları və innovasiyaları Azercell-in sərfəli kampaniyası ilə birlikdə kəşf edin..


“Kontakt”da “iPhone 15” növbəsi – BİR GECƏYƏ REKORD SATIŞ EDİLDİ..

Bu gündən etibarən çox gözlənilən “iPhone 15” seriyasının ölkəmizdə rəsmi satışlarına başlanılıb. ..


Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil etdilər

Azercell-in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssis Türk Telekom-u..


"Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı

Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası “Ad Black Sea” beynəlxalq festivalınd..


Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipa..

8-14 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində Yeniyetmələrin Avr..


"Kontakt"da bol fürsətli "Payızlıq Təkliflər" kampaniyası – ..

“Kontakt” mağazalar şəbəkəsi payızın gəlişinə özəl bütün mağazalarında “Payızlıq Təkliflər” kampaniy..

×