Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

Reklam və Marketinq
26.01.2023 PAYLAŞIM

“Azercell Telekom” MMC-in qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmiş proqramın birinci mərhələsi yekunlaşıb. Ölkənin lider mobil operatorunun “FemTech” şirkətinin tərəfdaşlığı ilə "Her Improvement" layihəsi çərçivəsində iştirakçılar Rəqəmsal məhsullar, Blokçeyn, NFT, Ağıllı şəhər-kənd, Müasir texnologiyalar veb 3, Startapların günümüzdə rolu mövzularını əhatə edən təlimlər keçiblər. Qeyd edək ki, təlimçilər arasında Azercell şirkətinin əməkdaşları da yer alır. 

Hazırda yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan gənc qadınlardan ibarət 5 komandanın təqdim etdiyi məhsulun doğru istiqamətləndirilməsi, formalaşması və təkmilləşməsi üzərində iş gedir.  


2023-cü ilin may ayınadək davam edəcək proqramda xanımlar proqramlaşdırma dərslərində iştirak edəcək, peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan İnformasiya Texnologiyaları (İT) liderləri və startap təsisçiləri ilə görüşəcəklər. Layihə çərçivəsində iştirakçılar startap ideyalarının inkişafı üçün inkubasiya proqramını keçmək, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı əldə edəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


'Gələcək üçün kodlaşdır' hakatonunun qalibləri mükafatlandırıldı

Azercell-in dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə keçirilən yarışmada 40..


Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında № 1 oldu..

Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında mobil telefon icmalının nəti..


'Kontakt'da 'Başqa bahara saxlama' kampaniyası – 50%-dək ENDİRİM, XÜSUSİ KREDİT ..

Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” Novruz bayramına özəl “Başq..


Novruz ərəfəsində sosial şəbəkələrdə Azercell ilə daha aktiv ol!

Lider mobil operator bayrama özəl sərfəli “Sosial Şəbəkə” paketlərini təqdim edir


Ən yaxşı təcrübələr və özünü doğrultmuş strategiyalar - Rafiz Quliyevlə müsahibə..

Hər kəsə salam və təcrübəli Android proqramçısı Rafiz Quliyevlə müsahibəmizə xoş gəlmisiniz...


Azercell-in sponsorluğu ilə 'I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İn..

Tədbirdə şirkətin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya “Telekom sektorun..

×