Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb

Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb

Reklam və Marketinq
10.03.2023 PAYLAŞIM

    Yeni, qabaqcıl dizaynı ilə Galaxy S23 seriyası innovasiyanın yüksək məhsuldarlıq və davamlılığı ən keyfiyyətli təcrübə naminə bir yerə gətirdiyini nümayiş etdirir.

    Galaxy S23 seriyası əvvəlki nəsillərə nisbətən ətraf mühitə daha az təsir etməklə həm keyfiyyət, həm də estetika baxımından tələbləri yüksəldir. Buna nail olmaq üçün təkrar emal edilmiş materialları əvvəlki Galaxy smartfonları ilə müqayisədə daha çox komponentə daxil etdik və onun qutusunu 100% təkrar emal edilmiş kağızdan hazırladıq. Galaxy S23 seriyasında təkrar emal edilmiş materialların kütləsi artırılaraq, Galaxy S22 Ultra-da 6 daxili komponentdən Galaxy S23 Ultra-da 12 daxili və xarici komponentə yüksəldilib.


    Galaxy cihazlarında daha geniş çeşiddə təkrar emal materiallarından, o cümlədən ikiqat təkrar emal edilmiş alüminium və şüşədən istifadə etdik. Bu tendensiyanın genişləndirilməsi ətraf mühitə təsiri azaltmağa kömək edir. Xüsusilə də Galaxy S23 seriyasında okeandan toplanmış təkrar emal plastikindən istifadə 2023-cü ilin sonuna qədər 15 tondan çox atılmış balıq torunun dünya okeanında toplanmasının qarşısını alaraq okeanın çirklənməsini azaltmağa kömək edir. 

    Galaxy S23 seriyası davamlılıq və təmir imkanı ilə hazırlanıb ki, bu da onu gələcək üçün etibarlı edir. Bu məqsədlə seriyanın istehsalında tərkibində 22% həcmində 2-qat təkrar emal materialı olan Corning® Gorilla Glass® Victus 2® şüşələrindən istifadə edilib. Bundan başqa Galaxy S23 seriyası 4 nəsilə qədər əməliyyat sistemi və 5 illik təhlükəsizlik yeniləməsi imkanları ilə təçhiz edilərək istifadəçiləri daha çox qoruyur. 

    Galaxy S23 seriyasının nümunəsində innovasiya və davamlılığın birlikdə necə qüsursuz işlədiyini görmək üçün aşağıdakı infoqrafikaya baxın.



DAHA ÇOX


'Kontakt'ın 'Şeş-qoşa' kampaniyasında 18623 manat uduldu – ELEKTROMOBİL QAZANMAQ..

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyasının cəmi 5 gündür başlamasına baxm..


Çempionatlar oyun sammitində elan edildi

"GameSummit" tədbiri çərçivəsində keçiriləcək oyun çempionatları haqqında məlumatları rəsm..


'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirm..

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə tə..


'Kontakt'da 50%-dək endirimli 'Sevinc cərəyanı' başladı + 'ŞEŞ-QOŞA' AT ELEKTROM..

“Kontakt” bütün mağazalarında eksklüziv fürsətləri özündə birləşdirən “Sevinc cərəyanı” kampaniyasın..


'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının ..

Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi


Azercell-in dəstəyi ilə keçirilən 'Her Improvement' layihəsi gənc qadınları texn..

Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər..

×