'Cyber Monday' endirimləri nədir? Azərbaycanda tətbiq olunurmu?

'Cyber Monday' endirimləri nədir? Azərbaycanda tətbiq olunurmu?

Reklam və Marketinq
30.11.2020 PAYLAŞIM

        Amerikada hər il bilindiyi üzrə Black Friday adlı endirim günü keçirilir. Bu endirim günü zamanı demək olar ki, bütün mağazalar məhsullara 70-80%-ə qədər yüksək endirimlər tətbiq edir. Bu səbəbdən satış platformaları sadəcə 1 gün ərzində milyonlarla satış edə bilirlər. Bir çox alıcı da xüsusilə bu günü gözləyir. Black Friday endirim günü sadəcə Amerikada yox, bir çox ölkədə tətbiq edilir. Bəs tək endirim günü budurmu?

Black Friday endirim günündən 1 həftə sonra Bazar ertəsində Cyber Monday adlanan endirim günü başlayır.


        Cyber Monday (Kiber Bazar ertəsi) adlanan endirim günü Black Friday-dən sonrakı ilk bazar ertəsində keçirilir. 2015-dən başlayaraq bütün dünyada keçirilən Cyber Monday günü Black Friday-dən fərqli olaraq sadəcə onlayn satışlara tətbiq edilir. Limitli sayda olan məhsullara (əsasən elektronika) yüksək endirimlər tətbiq edilir. Cyber Monday endirim günü 2005-dən etibarən Amerikada Thanksgiving (Minnətdarlıq günü-Şükran günü) bayramından sonra keçirilir və məqsədi alıcıları onlayn satışlara yönləndirməkdir. Hətta Cyber Monday endirim günündə onlayn satışlar o qədər yüksəlir ki, Black Friday günü edilən satışları qabaqlayır. 

        Dünyada olduğu kimi Azərbaycanda da Black FridayCyber Monday kimi endirim günləri keçirilir. Müxtəlif mağazalar məhsullara yüksək endirimlər tətbiq edərək alıcıların rəğbətini qazanmağı hədəfləyirlər. Artıq bu gün səhərdən etibarən Cyber Monday günü başlayıb və biz də Technote olaraq sizin üçün yüksək endirim tətbiq edilən 3 məhsul seçdik. Məhsulları almaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insan..

Sosial yönümlü layihələrə böyük önəm verən Azercell şirkətinin Mobil Göz və Mobil Diş Klinikaları 20..


Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur

Beynəlxalq Jautıkov Olimpiadasında şagirdlərimiz 15 medal qazanıblar


Həmtəsisçisi azərbaycanlı olan ilk VPN proqramı təqdim olundu

Hazırda fiziki müharibələrlə yanaşı, informasiya müharibəsinin də olduqca aktual olduğu bir dövrdə i..


'YAŞAT' Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna SMS vasitəsilə ianə..


Azercell 'Virtual Məktəb' layihəsinə növbəti töhfəsini verir!

Təhsil Nazirliyinin çağırışına çevik cavab verən lider mobil operator distant təhsili daha da əlçata..


Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!

Azercell abunəçiləri Yeni il ərəfəsində ən sevdikləri tətbiqlərdən internet xərclərini düşünmədən ya..

×