main-post-cover

    Bu mağazalarda zər atanların əksəriyyəti qalib gəlir – Ən şanslı Kontakt Home mağazaları

    Digər
    Reklam və Marketinq
    21.09.2020
    Farid Pardashunas
        Artıq 1000-dən çox müştəri Kontakt Home-un sevindirən “Şeş-Qoşa” kampaniyasından aldıqları məhsulları pulsuz aparıblar. Kontakt Home ən şanslı mağazaların siyahısını hazırlayıb. Məlum olub ki, ən çox Qəbələ sakirlərinin bəxti gətirib. Belə ki, ölkə üzrə “Şeş-Qoşa” kampaniyasında iştirak edənlərin ən çoxu məhz bu mağazada qalib gəlib.

     “Qalib gələcəyimi hiss etmişdim. İnandım və şans üzümə güldü. Bu kampaniya üçün çox təşəkkür edirəm”
                                                                                                                                            Bəxtiyar Məmmədov/ “Qəbələ” mağazası

        Fələk Kontakt Home-un “Azadlıq Metrosu” mağazasında da müştərilərin üzünə gülüb. Sevinənlərin sayına görə bu mağaza ikinci yerdədir. Maraqlıdır ki, burada “Şeş-Qoşa” kampaniyasında qalib gələn müştərilərin əksəriyyəti həyatlarında ilk dəfə zər atdıqlarını iddia ediblər. 

    “İlk dəfə idi zər atırdım. Qalib gəldiyimə hələ də inana bilmirəm. Çox həyacanlıyam, deməyə söz tapa bilmirəm. Çox xoşbəxtəm.”                       
                                                                                                                                        Sevinc İsayeva/ “Azadlıq metrosu” mağazası

        Sahəsi balaca olsa da, qəlbinə böyük müştəri sevinci sığdıran digər mağaza isə “Ayna Sultanova”dır. Alıcıların güvənini qazanmış bu mağaza ilk üçlüyün sonuncusudur. “Şeş-qoşa” kampaniyası müştərilərin sıradan günlərini əsl yadda qalan bayram çevirib. 

    “Necə vaxtı özümə yeni telefon almağı düşünürdüm. Almışkən bəxtimi də sınadım, qazandım. Çox sevincliyəm.. Çoxdandı planladığım telefonu aldım, həm də pulsuz.”
                                                                                                                                    Fərhad İsgəndərov/ “Ayna Sultanova” mağazası

        “İnqilab” mağazası da sevindirdiyi müştəri sayına görə heç geri qalmır. “Şeş-Qoşa” kampaniyasında müştərilərə müsbət enerjisi ilə uğur gətirən bu mağaza qalib sayına görə dördüncüdür. 

     “Kontakt Home-un daimi müştərisiyəm, məhsullarını çox bəyənirəm. Oğluma noutbuk seçməyə gəlmişdik. Elə zəri də oğlum atdı, əli düşərli çıxdı. Həm oğluma hədiyyə oldu, həm də mənə!”    
                                                                                                                                                          Fatimə Əliyeva/ “İnqilab” mağazası

        Alıb yerindəcə şeş-qoşa atıb qazananların sayına görə “Əhmədli” mağazası 5-ci yerdədir. Bu mağazada ən çox pulsuz aparılan məhsullar mebel dəstləri və məişət texnikası olub. 

    “Əhmədliyə təzə köçmüşük. Yeni evimiz üçün mebel almağa gəlmişdik. Bütün məhsulları bir qaiməyə yazdırdım, zər atdım və qazandım. Çox sevincliyəm, çox..”
                                                                                                                                                 Gülnar Məmmədova/ “Əhmədli” mağazası

        Masallı sakinləri də bəxtlərinə güvənənlərdən olub. “Şeş-Qoşa” kampaniyası zamanı müştəri qalibiyyətinə görə bu mağaza TOP 6-da sonuncudur. 

    “Çox tez-tez nərd oynayıram, zər atmağı sevirəm. Qazanacağımı bilirdim və bəxtim gətirdi. Özümü çox xoşbəxt hiss edirəm” 
                                                                                                                                                               Əhməd Zaidov/ “Masallı” mağazası

        Siz də oktyabrın 4-dək Kontakt Home-un istənilən mağazasına yaxınlaşın, arzuladığınız məhsulu qiymətindən və sayından asılı olmayaraq alın, elə yerindəcə zər atın. Bəxtinizə şeş-qoşa (6 qoşa) düşərsə, aldığınız məhsulu tamamilə PULSUZ aparın. “Kontakt Home”un sevindirdiyi minlərlə müştəridən biri olun! 
        Kampaniya həm nağd, həm 3 dəfəyə ödə, həm də taksit kartlarıyla alışa şamil olunur. Kampaniyanın şərtləri ilə daha ətraflı aşağıdakı videodan və kontakt.az saytından tanış ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər