main-post-cover

    Bir tədbirdən daha böyük: 'Samsung' yeni sıçrayışa hazırlaşır

    Digər
    Reklam və Marketinq
    28.07.2022
    Emil Nəcəfov
        Avqustun 10-da, saat 17:00-da dünya texnologiyasının liderlərindən "Samsung"un yeni smartfonunun "Galaxy Unpacked" tədbiri təşkil olunacaq. 
        Koreya nəhənglərinin hələlik tam nəyi təqdim edəcəyi bəlli olmasa da, modellərin yeni qatlanan smartfon olacağı düşünülür. Belə ki, bir il bundan öncə təqdim edilən Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 modelləri "Samsung" istifadəçiləri tərəfindən çox xoş qarşılanmışdı. 
        "Bir tədbirdən daha böyük" konsepsiyası isə tədbirin posterində smartfonun quruluşunda özünü tapir. Belə ki, həmin posterdə smartfonun silueti arifmetik "çoxluq" işarəsinə oxşayır.
        Həmçinin "Samsung"-un qatlanan telefon istehsalı artıq həmin modelin keçmişdə qaldığını vurğulayanlara daha bir cavab olacaq. 
        Verilən məlumatlara görə, təqdimat çox xüsusi olacaq. Çünki Samsung tədbirlərə belə özünəməxsus şəkildə hazırlaşır və Samsung istifadəçilərinin də tədbirdən zövq alacağına inanırıq. Dünyanın məşhur texnobloqerləri nə qədər ətraflı məlumat öyrənmək istəsə də, hələ ki, "Samsung" şirkəti heç bir ipucu vermir. Sadəcə, dedikləri ondan ibarətdir ki, 10 avqust çox böyük və xüsusi bir gün olacaq. 
        Tədbir canlı olaraq avqustun 10-u "Samsung Azerbaijan"ın rəsmi saytında (https://www.samsung.com/az/unpacked/) yayımlanacaq. Saat 17:00-da başlayacaq tədbir DJ Tural tərəfindən təqdim olunacaq.
    Linki kopyala