Azercell və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

Azercell və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

Reklam və Marketinq
04.12.2022 PAYLAŞIM

    Dekabr ayının 2-i ADA Universitetində baş tutan tədbirdə hər iki təşkilatın nümayəndələri ali təhsil müəssisələri ilə biznes arasında tərəfdaşlığın vacibliyini vurğuladı və bu cür əməkdaşlıqların geniş əhatə dairəsini müzakirə etdi.

    Qeyd edək ki, 10 il davam edən əməkdaşlıq çərçivəsində, Azercell ADA Universitetində informasiya texnologiyaları və mühəndislik sahələri üzrə bakalavr təhsili alan tələbələr üçün təqaüdlər ayırıb, təlimlər təşkil edib və şirkətdə təcrübə keçmək imkanı yaradıb. Bununla yanaşı, Azercell ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərib.


    ADA Universiteti ilə növbəti əməkdaşlıq müqaviləsinə imza atan Azercell, Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib. Həmçinin mobil operator universitet nəzdində İT həllərinin hazırlanması və texnoloji araşdırılmaların aparılması üçün lazımi şərtlərin yaradılmasına da köməklik göstərəcək.

    Təhsilin tərəqqi və innovasiyanın əsas qayəsi olduğunu diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə görülən işlərə dəstək olmağa davam edəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×