'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

Reklam və Marketinq
02.06.2023 PAYLAŞIM

    “Azercell Telekom” MMC Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğunluq üzrə resertifikasiya auditini uğurla bitirib. Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə növbəti dəfə sertifikatla təltif olunub. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb.

    ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. ISO 10002:2018 beynəlxalq standart məhsul və xidmətlərlə əlaqəli şikayətlərin qurumlara daxil olması, onların nəzərə alınması, cavablandırılıb həll olunması prosesini qiymətləndirir. Həmçinin, şikayətlərə baxılması işinin daha effektiv şəkildə həyata keçirilməsi üzrə tələbləri müəyyən edir. Xatırladaq ki, “Azercell Telekom” ilk dəfə hələ 2011-ci ilin aprelində ISO 10002 Standartı üzrə uyğunluq sertifikatını əldə edib.


    “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq müasir texnologiyalar və biznes həllər vasitəsi ilə müştərilərinin həyat keyfiyyətini yüksəltməyi hədəfləyən Azercell hazırda öz abunəçilərinə çoxçeşidli servis kanallarıyla xidmət göstərir. Müştərilər Telefon Mərkəzi, Ön Masa Ofisləri və Azercell Eksklüzivləri, Onlayn Müştəri Xidmətləri, Azercell-in rəsmi Sosial Media Platformaları üzərindən öz suallarını, şikayət və təkliflərini bildirmək imkanına malikdirlər. Abunəçi sorğularının cavablandırılması istiqamətində “Azercell Telekom” MMC-nin təqdim etdiyi daha bir həll “Kabinetim” tətbiqidir. Azercell-in abunəçiləri bu tətbiq üzərindən Azərbaycan, rus və ingilis dillərində onlayn çat vasitəsilə müştəri xidmətlərinə müraciət edə, təqdim olunan müxtəlif xidmətlərə qoşula və sorğularına cavab ala bilir. Mobil operator müraciətlərə effektiv və səmərəli şəkildə baxılması, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir, müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir.



DAHA ÇOX


"Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim ed..

Yeni bağlantı imkanları və innovasiyaları Azercell-in sərfəli kampaniyası ilə birlikdə kəşf edin..


“Kontakt”da “iPhone 15” növbəsi – BİR GECƏYƏ REKORD SATIŞ EDİLDİ..

Bu gündən etibarən çox gözlənilən “iPhone 15” seriyasının ölkəmizdə rəsmi satışlarına başlanılıb. ..


Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil etdilər

Azercell-in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssis Türk Telekom-u..


"Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı

Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası “Ad Black Sea” beynəlxalq festivalınd..


Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipa..

8-14 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində Yeniyetmələrin Avr..


"Kontakt"da bol fürsətli "Payızlıq Təkliflər" kampaniyası – ..

“Kontakt” mağazalar şəbəkəsi payızın gəlişinə özəl bütün mağazalarında “Payızlıq Təkliflər” kampaniy..

×