Azercell-in baş sponsorluğu ilə 'TEKNOFEST Azərbaycan' Aerokosmik və Texnologiya festivalı keçirilir

Azercell-in baş sponsorluğu ilə 'TEKNOFEST Azərbaycan' Aerokosmik və Texnologiya festivalı keçirilir

Reklam və Marketinq
27.05.2022 PAYLAŞIM

    Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı keçirilir. Bu möhtəşəm tədbirdə Azercell,  həmçinin, xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyası ilə iştirak edir.

    Azercell “TEKNOFEST” ziyarətçilərinə onları maraqlandıran və texnoloji tanış edən həllər, məhsul və yeniliklər təqdim edir. Şirkət “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutaraq, “TEKNOFEST Azərbaycan“ festivalındakı stendində həyatın müxtəlif sahələrində internetin rolunu əks etdirmək üçün öz Rəqəmsal Yaşam Studiyasında “Ağıllı şəhər” konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həllərə xüsusi yer verib. Əlavə olaraq, şirkətin stendində yer alan “Azercell Life və Azercell Akademiyası” guşəsi gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında ziyarətçiləri məlumatlandırır.


    “TEKNOFEST Azərbaycan” özündə rəqəmsal məhsullar və xidmətlər sərgisi, texnologiya sahəsində müxtəlif yarışma və əyləncəli proqramları təqdim edir. Festival çərçivəsində 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbirin keçirilməsi gözlənilir.

    Sərgi pavilyonlarında Azərbaycan və Türkiyə Respublikalarının dövlət və özəl qurumlarının innovativ həllər və layihələri nümayiş olunmaqdadır. 2018-ci ildən etibarən Türkiyədə keçirilən ən böyük aviasiya, kosmos və texnologiya festivalının məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaq, onların bilik və bacarıqlarının üzə çıxarılmasına yardımçı olmaqdan ibarətdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×