Azercell ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır

Azercell ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır

Reklam və Marketinq
03.05.2021 PAYLAŞIM

    Mayın 6-8-də Azərbaycanda ilk dəfə olaraq “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutacaq. Qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradacaq toplantı https://qadinfest.az/ platforması üzərindən həyata keçiriləcək. 

    İlk Onlayn Qadın Festivalında xanımları maraqlandıracaq çoxşaxəli mövzular müzakirəyə çıxarılacaq. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutacaq. Eyni zamanda, yoqa, fitness, pilates, rəsm, mətbəx və s. sahələrində master-klasslar təşkil olunacaq. Yerli və beynəlxalq spikerlərin çıxış edəcəyi festivalda özünü inkişaf, qadınların hüquqlarının qorunması, sosial və digər məsələlər də gündəmdə olacaq.  Festivalın hər günü isə tanınmış və sevilən ifaçıların çıxışı ilə başa çatacaq. 


    Azercell bu maraqlı festival zamanı canlı yayımların keyfiyyətli və sürətli internet vasitəsilə ötürülməsinə nəzarət edəcək.  Festival boyunca https://qadinfest.az/ saytının ana səhifəsinə Azercell-in brendi ilə onlayn köşk yerləşdiriləcək  və buradan birbaşa mobil operatorun saytına keçid etmək mümkün olacaq. 

    Festivalın ən maraqlı məqamlarından biri də sual-cavab sessiyasının keçirilməsidir. Belə ki, tədbir zamanı təşkil olunacaq viktorinada sualların hamısına düzgün cavab verən iştirakçılara müxtəlif qiymətli hədiyyələr təqdim olunacaq. Festivalın rəqəmsal tərəfdaşı olan “Azercell Telekom” MMC də öz tərəfindən viktorina qaliblərindən birinə iPhone SE smartfonunu hədiyyə edəcək. 

    İlk onlayn qadın festivalına qoşulmaq üçün https://qadinfest.az/ saytında qeydiyyatdan keçmək lazımdır. Tədbirlə əlaqədar xəbərləri festivalın Facebook   https://www.facebook.com/events/197724505153756  və Instaqramdakı  https://www.instagram.com/qadin_fest/ səhifəsindən izləmək olar. Festivalda iştirak ödənişsizdir.  

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-in dəstəklədiyi 'Uşaq Qaynar Xətti' son yarım ildə 3000-ə yaxın zəng qə..

“Uşaq Qaynar Xətt” xidməti uşaqların sağlam mühitdə böyüməsi üçün iş başındadır..


Sahildə unikal formatlı elektronika mağazası təqdim olundu

Ölkənin lider şəbəkələrindən olan “Kontakt” smart konseptli “Sahil” mağazasını tam yeni formatda müş..


LANDAU School və STEP IT Academy arasında əməkdaşlıq haqda müqavilə imzalanıb..

Memorandumu LANDAU School-un icraçı direktoru Timur Leznik və STEP IT Academy-nin direktoru Oleksii ..


Azercell-in rəqəmsal xidmətləri 'Umico'da!

Ölkənin lider mobil operatoru Azercell rəqəmsal xidmətlərini müştəriləri üçün daha da əlçatan edir! ..


Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə d..

2021-ci ilin ikinci rübündə 400-dən çox xüsusi qayğıya ehtiyacı olan şəxs müayinə və müalicə olunub..

×