main-post-cover

    Azercell 'Hədiyyəli eSİM nömrələr' kampaniyasına start verir

    Digər
    Reklam və Marketinq
    01.02.2023
    Farid Pardashunas
        Abunəçilərə müasir texnoloji xidmət və əlverişli təkliflərlə yeni imkanlar yaradan Azercell “Hədiyyəli eSİM nömrələr” kampaniyasını təqdim edir! 
        Kampaniyanın  şərtlərinə əsasən xüsusi olaraq ayrılmış gözəl eSİM nömrələri alan yeni abunəçilər seçimindən asılı olaraq müxtəlif hədiyyələr qazanacaqlar. 
        Belə ki, abunəçi Fakturasız xətt kampaniya nömrələri əldə etdikdə, nömrənin dəyərinin yarısı həcmində hədiyyə balansı alacaq və bu bonus məbləği 6 ay ərzində istənilən Sərbəst və GəncOl  tariflərinin alınmasına istifadə edə biləcək. Abunəçi Fakturalı xətt kampaniya nömrəsi əldə etdikdə isə, onun dəyərindən asılı olaraq Sərbəst 15, Sərbəst 25 və Sərbəst 50 tarif paketlərindən birinə ödəniş etmədən qoşulmaq imkanı qazanacaq. 
        Kampaniya nömrələri və onlara uyğun təkliflər haqqında məlumatı  www.azercellim.com səhifəsindən, hədiyyəli eSİM nömrələri isə Azercell-in istənilən rəsmi dilerindən əldə etmək mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər