Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

Reklam və Marketinq
25.08.2023 PAYLAŞIM

    “Azercell Telekom” MMC 60-dan çox ölkəni təmsil edən müxtəlif beynəlxalq təşkilatların qatıldığı “STEVIE” müsabiqəsində  “İlin ən innovativ texnoloji şirkəti” adını qazanıb. Lider mobil operatorun  telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklər, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi innovativ layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. 

    Xatırladaq ki, Azərbaycana ilk beşinci nəsil (5G) rabitə standartını gətirən məhz Azercell şirkəti olub. Belə ki, lider mobil operator ötən ilin dekabr ayında ölkədə ilk 5G şəbəkəsini bir sıra smartfon modelləri üçün sınaq rejimində istifadəyə verib. Bu il ərzində Azercell Apple şirkəti ilə birgə əməkdaşlıqda iPhone istifadəçiləri üçün də bu texnologiyanı ölkə ərazisində əlçatan edib. Eyni zamanda, şirkət Samsung smartfonları üçün eksklüziv  5G lisenziyasını əldə edən ilk yerli mobil operator olub. 


    Bütün bu məqamlar dünyanın 230-dan çox nüfuzlu biznes ekspertindən ibarət olan beynəlxalq münsiflər heyətinin səsverməsi zamanı nəzərə alınıb. Qaliblərin mükafatlandırma mərasimi oktyabr ayında İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq. 

    Qeyd edək ki, "Azercell Telekom” MMC indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək “STEVIE” mükafatına layiq görülüb. 



DAHA ÇOX


"Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim ed..

Yeni bağlantı imkanları və innovasiyaları Azercell-in sərfəli kampaniyası ilə birlikdə kəşf edin..


“Kontakt”da “iPhone 15” növbəsi – BİR GECƏYƏ REKORD SATIŞ EDİLDİ..

Bu gündən etibarən çox gözlənilən “iPhone 15” seriyasının ölkəmizdə rəsmi satışlarına başlanılıb. ..


Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil etdilər

Azercell-in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssis Türk Telekom-u..


"Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı

Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası “Ad Black Sea” beynəlxalq festivalınd..


Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipa..

8-14 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində Yeniyetmələrin Avr..


"Kontakt"da bol fürsətli "Payızlıq Təkliflər" kampaniyası – ..

“Kontakt” mağazalar şəbəkəsi payızın gəlişinə özəl bütün mağazalarında “Payızlıq Təkliflər” kampaniy..

×