main-post-cover

    Azercell-dən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinə dəstək

    Digər
    Reklam və Marketinq
    14.02.2023
    Farid Pardashunas
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və  axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Türkiyəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirirlər.  
        Azercell, öz növbəsində, bu ağır zamanda qardaş ölkəyə dəstək olan xilasedicilərin yanındadır. Lider mobil operator bu çətin missiyanın öhdəsindən layiqincə gələn xilasedicilərə öz təşəkkürünü bildirərək  onları kəsintisiz rabitə əlaqəsi ilə təmin edib.  Azercell Türkiyəyə ezam edilən fakturalı və  fakturasız xətt abunəçilərinin balansını təmənnasız şəkildə artırıb. Qeyd edək ki, siyahı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilib və abunəçilərə vəsait artımı barədə SMS göndərilib. 
        Xatırladaq ki, bir neçə gün öncə Azercell Türkiyənin təbii fəlakət bölgələrində olan bütün abunəçilərinin rouminq balansını təmənnasız şəkildə artırıb.
        “Azercell Telekom” MMC  Türkiyədə böyük fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün türk xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər