main-post-cover

    Azercell-dən 010 seriyalı gözəl nömrələr!

    Digər
    Reklam və Marketinq
    28.04.2022
    Farid Pardashunas
        Ötən ilin noyabr ayında “Yeni 010 nömrələri – Qaliblərin seçimi!” şüarı altında hər kəsin çoxdan gözlədiyi yeni prefiksi istifadəyə vermiş “Azercell Telekom” abunəçilərin zövqlərini oxşayan yeni nömrələri satışa çıxarıb. Beləliklə, 27 aprel 2022-ci il tarixindən etibarən hər kəs “010” prefiksli 3, 4 və 5 rəqəmləri ilə başlayan gözəl nömrələri seçərək əldə edə bilər. Müştərilər hazırda satışda olan nömrələr barədə daha ətraflı şəkildə www.azercellim.com  veb-səhifəsi vasitəsilə tanış ola bilərlər. Bu səhifə istifadəçilərə istədikləri nömrəni qısa müddət ərzində axtarıb tapmağa, onlayn ödəniş etməklə rahat şəkildə rəsmiləşdirməyə imkan yaradır.
        Xatırladaq ki, Azercell şirkəti “010” prefiksli yeni nömrələri Vətən müharibəsində əldə etdiyimiz qələbənin ilk ildönümünün şərəfinə mobil rabitə bazarına təqdim edib. Qeyd edək ki, www.azercellim.com  saytı iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən ilk belə platformadır.
        Öz müştəriləri üçün daha rahat bağlantını təmin etməyi və rəqəmsal xidmətlərin daha əlçatan olmasını hədəfləyən Azercell şirkəti yeni “010” nömrələrinə sahib olacaq abunəçilərinə yalnız xoş xəbərlər almağı arzu edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər