Azercell 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə şəhid övladları üçün sosial layihə keçirib

Azercell 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə şəhid övladları üçün sosial layihə keçirib

Reklam və Marketinq
01.06.2021 PAYLAŞIM

    Azercell-in dəstəyilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə çərçivəsində 300-dən çox şəhid övladının anası ilə birgə iştirakı ilə onlayn təlimlər keçirilib. 44 günlük Vətən müharibəsində torpaqların azadlığı uğrunda canından keçən cəsur hərbçilərin ailə üzvləri üçün art terapiya yolu ilə psixoloji təlimlər təşkil olunub. “Arzular ağacı” təlimləri mərhələsində uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərilib. Peşəkar psixoloqlar onlara emosinal problemlərinin öhdəsindən gəlməyə kömək ediblər. Azercell-in “GİD CSR Consulting” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan “Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsinin növbəti mərhələsi kimi isə təlimlərdə qonaq qismində tanınmış şəxslərin iştirakı nəzərdə tutulub. Onlar öz uğur hekayələrini bölüşməklə, bu yolda üzləşdikləri çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışacaqlar.

    Təlimlər zamanı böyük psixoloji stress keçirmiş uşaq və onların valideynlərinin emosional durumu üzə çıxarılıb, onların yaşadıqlarını sənət yolu ilə ifadə etməsinə imkan yaradılıb. Uşaqlar rəsm sənət növündən istifadə edərək hisslərini kağıza köçürüblər. Həm uşaqlar, həm də böyüklər üçün faydalı olan art terapiya uşaqların daxili dünyasını açmağa, həm də gizli bacarıqlarını üzə çıxarmağa yardımçı olub.  


    “Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsi çərçivəsində keçirilən görüşlər zamanı şəhid övladları qəhrəman ataları haqqında xatirələrini də səsləndiriblər. Layihənin yekunu olaraq tezliklə uşaqların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitab həm rəqəmsal, həm də çap formatda hazırlanıb nəşr ediləcək. Kitabın elektron versiyasını “Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.

    Eyni zamanda, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən tədbir çərçivəsində də Azercell şirkəti aprel döyüşləri şəhidlərinin və telekommunikasiya sahəsində çalışmış və II Qarabağ müharibəsində Vətən uğrunda həyatını qurban etmiş şəhidlərin övladlarını təbrik edib, hədiyyələr verib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-in dəstəklədiyi 'Uşaq Qaynar Xətti' son yarım ildə 3000-ə yaxın zəng qə..

“Uşaq Qaynar Xətt” xidməti uşaqların sağlam mühitdə böyüməsi üçün iş başındadır..


Sahildə unikal formatlı elektronika mağazası təqdim olundu

Ölkənin lider şəbəkələrindən olan “Kontakt” smart konseptli “Sahil” mağazasını tam yeni formatda müş..


LANDAU School və STEP IT Academy arasında əməkdaşlıq haqda müqavilə imzalanıb..

Memorandumu LANDAU School-un icraçı direktoru Timur Leznik və STEP IT Academy-nin direktoru Oleksii ..


Azercell-in rəqəmsal xidmətləri 'Umico'da!

Ölkənin lider mobil operatoru Azercell rəqəmsal xidmətlərini müştəriləri üçün daha da əlçatan edir! ..


Azercell-in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə d..

2021-ci ilin ikinci rübündə 400-dən çox xüsusi qayğıya ehtiyacı olan şəxs müayinə və müalicə olunub..

×