Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
Digər
Reklam və Marketinq
24.10.2020
Farid Pardashunas
21 oktyabr 2020-ci il - Kontakt Home mağazalar şəbəkəsi “166 Yükdaşıma və Logistika” şirkətinin “Qarabağa doğru” layihəsinə qoşuldu. İki şirkət birgə olaraq ordumuza dəstək məqsədilə əsgər paylarını cəbhəyə göndərəcək.
“Qarabağa doğru” layihəsi çərçivəsində əsgərlərimizə pay göndərmək istəyən hər kəs Kontakt Home mağazalarına yaxınlaşıb yararlı ola biləcək əşyaları (açıq yemək istina olmaqla) təhvil verə bilər. Göndərilən hər bir əşya və ya qutu “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən cəbhəyə tam təmənnasız şəkildə çatdırılacaq.
Artıq bir neçə həftədir ki, “166 Yükdaşıma və Logistika” şirkəti cəbhəyə, eyni zamanda cəbhəyanı bölgələrdə düşmən hücumu nəticəsində zərər çəkmiş ailələrə fərdi şəxslərin və şirkətlərin dəstəyini çatdırır. Yığılmış əşyalar cəbhəyanı bölgələrdə Müdafiə Nazirliyinin nümayəndələrinə təhvil verilir. Layihə çərçivəsində bu günə qədər 80 tondan artıq əşya cəbhəyə çatdırılıb.
Xatırladaq ki, Kontakt Home və “166 Yükdaşıma və Logistika” şirkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdə davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)