main-post-cover

    Azərbaycanda üçüncü 'InnoWeek – İnnovasiya həftəsi'

    Digər
    Reklam və Marketinq
    17.12.2020
    Farid Pardashunas
        14-19 dekabr tarixlərində Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı, “BestComp Group” MMC, “BP” şirkəti və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş sponsorluğu ilə baş tutacaq layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.
        Yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində “InnoWeek” çərçivəsində keçirilən müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil edilir. Əsas məqsəd innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsidir. http://innoweek.az/
        18 dekabr tarixində “Innovation Awards” mükafatlandırma tədbiri keçiriləcək. Mükafatlandırma tədbiri zamanı 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələrin mükafatlandırılması baş tutacaq (http://innoweek.az/award/).
        19 dekabr “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Girls Code Azerbaijan” platforması tərəfindən “The full lifecycle of Machine Learning projects – Maşın öyrənməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı tədbir təşkil olunacaq. Təlimdə bu proyektlərə ümumilikdə necə yanaşmalı, modelin öyrənilməsi üçün lazım olan datanın hazırlanması, test edilməsi, təxmin olunan dəyərlərin çatdırılması prosesləri və modelin müxtəlifliyinin əhəmiyyəti izah olunacaq. 19 dekabr saat 20:00-da başlayacaq vebinar-təlim 1 saat davam edəcək, maraqlanan hər bir şəxs vebinara qoşularaq, müvafiq sektorda biliklərini təkmilləşdirə bilər.
    Aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçib vebinarda iştirak etmək olar. 
        19 dekabr tarixində “Devopsdays” beynəlxalq tədbiri keçiriləcək. “Devopsdays” dünya miqyasında proqram təminatı, İT infrastruktur əməliyyatları və onlar arasındakı kəsişmə mövzularını əhatə edən texniki konfranslar seriyasıdır.
        Tədbir həm texniki məsələlərə, həm mədəniyyət, eyni zamanda təşkilatlar daxilindəki proseslər və quruluşa həsr olunacaq. “Paşa Bank” və “SUP.VC” şirkətinin sponsorluğu ilə keçiriləcək konfranslar texnoloqlar və iş adamlarını bir araya gətirəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər