Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Reklam və Marketinq
28.12.2021 PAYLAŞIM

    Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub. Sayca VI Uşaq Paralimpiya İdman Oyunları bu il hər bir idman növü üzrə ayrı-ayrı yarışlar şəklində və karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib.

    Oyunlarda Bakı, Gəncə, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasından paralimpiyaçı uşaqlar iştirak ediblər. 13 noyabr-22 dekabr tarixləri arasında baş tutan VI Uşaq Paralimpiya İdman Oyunlarında ümumilikdə 5 idman növü üzrə 120-yə yaxın uşaq yarışıb. 


    Uşaqlar pauerliftinq, stolüstü tennis, cüdo, üzgüçülük və para-taekvondo idman növləri üzrə oyunlarda iştirak ediblər. Hər idman növü üzrə yarışlar müxtəlif kateqoriyalarda keçirilib. Nəticədə 70-dən çox uşaq fərqli dərəcələr üzrə qalib elan olunub. 

    Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən "Azercell Telekom” MMC  bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.

    2021-ci ilin yayında Tokioda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Milli komandalarının tərəfdaşı kimi çıxış edən “Azercell Telekom” MMC növbəti Uşaq Paralimpiya yarışmasının iştirakçılarını və qaliblərini təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün..

Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər arasında bənzərsiz bir yarış olan CT..


'Həyatı daha dolğun edirik!' - Azercell-dən sosial layihə müsabiqəsi

Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadiq qalan “Azercell Telekom” “Bağlantını asanlaşdırır, hə..


'AZERCELL CUP' müsabiqəsinin qalibləri mükafatlandırıldı

Proqramlaşdırma üzrə müsabiqənin gənc qalibləri Azercell Plazada təltif edildi


Azercell-dən 010 seriyalı gözəl nömrələr!

Lider mobil operator müştərilərə eksklüziv seriyalara sahib olmaq şansını yaradır


3 ay ərzində 1 milyona yaxın sorğu!

Fasiləsiz çalışan Azercell-in Əlaqə Mərkəzi müştəri məmnuniyyətini 93%-ə çatdırdı

×