main-post-cover

    Azərbaycanda müştəri rəyləri üçün yeni online platforma istifadəyə verilib

    Digər
    Reklam və Marketinq
    11.02.2021
    Farid Pardashunas
        Bildir.az layihəsi iki aya yaxın öncə fəaliyyətə başlamasına baxmayaraq, çox sayda istifadəçi və şirkətin diqqətini cəlb etməyə bacarmışdı. Platfromanın əsas məqsədi istehlakçı və şirkət arasında körpü yaradaraq, müştərilərin səsini birbaşa ünvana çatdırmaq və eyni anda rəylərin idarəetmə mədəniyyəti yaratmaqdır.
        Biz biznesin bütün sahələrində rəqabətin son dərəcə yüksək olduğu bir dövrdə yaşayırıq və müştərilərin yaşadıqları çətinliklərə gecikmiş reaksiya şirkət üçün böyük itkilərlə nəticələnə bilər.
        Uzun illər aktual olan bir anlayış vardı – 1 narazı müştəri öz mənfi təcrübəsini 10 fərqli şəxs ilə paylaşa bilər. Amma, hal-hazırki vəziyyət onu göstərir ki, muasir istehlakçı öz şəxsi təcrübəsini bir neçə kliklə minlərlə insanla paylaşa bilər. 
        Müştəri təcrübələri müsbət və ya mənfi ola bilər ki, bu da məmnuniyyət və ya şikayətlərə səbəb olur. Bildir.az müştərilərə rəylərini ətraflı şəkildə bölüşməyə, şirkət reytinqini seçməyə, foto dəlillər əlavə etməyə və loyallıq göstəricisini olan NPS-ə* təsir etməyə imkan verir. Platformanın rəsmi tərəfdaşları olan şirkətlər şəxsi profilinə giriş əldə edirlər, buradan öz markaları altında müştərilərin rəylərinə cavab verə, şikayətləri isə xüsusi olaraq yaradılmış bir proses üzərindən idarə edə, həmçinin avtomatik bildiriş ala və şirkət məlumatlarını əlavə edə bilirlər.
        Rəy və şərhlərin yazılması qeydiyyat üzərindən baş tutur və yazılan məlumatlar etibarlı və senzura qaydalara uyğun olduğu halda sayt administrasiyası tərəfindən qəbul olunur və dərc olunur.
        *Net Promoter Score - müştəri sadiqliyini ölçmək üçün qlobal bir metoddur.
        Bildir.az platformasının ən vacib funksiyalarından biri - müştərinin loyallığını ölçmə və rəy yazılan zaman müştəriyə təqdim olunan NPS sorğusudur.
        NPS "Bir şirkəti / məhsulu / markanı dostlarınıza / tanışlarınıza / həmkarlarınıza tövsiyə etməyiniz ehtimalı nə qədərdir?" Sualı ilə ölçülür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər