main-post-cover

    Azərbaycanda '500 ASAN Startap Proqramı' işə düşür

    Digər
    Reklam və Marketinq
    10.03.2021
    Farid Pardashunas
        Azərbaycan 500 ASAN Startap Proqramı”ında iştirak ödənişsizdir və iştirakçılar dünya miqyasında təsdiqini tapmış inkubasiya proqramı çərçivəsində məşhur mentorlar və ekspertlər ilə bacarıqlarını və startap ideyalarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Qeyd edim ki, proqram sırf ekosistemin inkişafı və gənclərə innovativ sahibkarlıqla bağlı imkanların yaradılması üçün nəzərdə tutulmuşdur. Proqram haqqında daha detallı məlumatı ecosystems.500.co/azerbaijan500asan veb saytından əldə edə bilərsiniz.
        Tələsin!
        Öz startapını yaratmaq və startap əsaslarını öyrənmək istəyirsənsə dünyanın aparıcı şirkətlərindən olan "500 Startups" ilə birgə təsis edilən “Azərbaycan 500 ASAN Startap Proqramı”na qeydiyyatdan keç.
        Niyə "Azərbaycan 500 ASAN Startap Proqramı"nda iştirak etməlisən?
    - Tamamilə ödənişsiz, dünyada təsdiqini tapmış proqram ilə xarici mentorlardan öyrənmə şansı
    - Səninlə eyni ideyaları paylaşan təsisçilər ilə tanış olmaq və geniş şəbəkəyə qoşulmaq
    - “500 Startups” şirkətinin müxtəlif tədbirlərinə, qlobal şəbəkəsinə və investisiya alətlərinə çıxış imkanı
        Güclü startap komandası yaratmaq və Azərbaycandan dünyaya çıxacaq növbəti ideyanın sahibi olmaq üçün bu imkana 19 mart 2020-ci ilə qədər qeydiyyatdan keçərək sahib ola bilərsən.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər