Azərbaycan regionları üçün unikal fürsət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkəboyu rəqəmsal savadlılıq layihəsinə başlayır

Azərbaycan regionları üçün unikal fürsət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkəboyu rəqəmsal savadlılıq layihəsinə başlayır

Reklam və Marketinq
26.11.2022 PAYLAŞIM

- Azərbaycanın 60 şəhərində gənclərə İKT sahəsində 50-ə yaxın ixtisaslar və təqaüdlər təqdim edilir;

- Ölkə tarixində ilk dəfə olaraq regionlarda yaşayan gənclər öz şəhərlərini tərk etmədən rəqəmsal sahələr üzrə peşə təhsili almaq və işlə təmin olunmaq imkanlarını qazanacaqlar;


    Məlumat üçün bildiririk ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 24 noyabr tarixindən etibarən “Technest” Təqaüd Proqramı çərçivəsində ölkə boyu “Rəqəmsal Azərbaycana doğru”  layihəsinə start verib. 2021-ci ilin sentyabrından start götürmüş “Technest” Təqaüd Proqramı artıq bütün bölgələrdə İKT üzrə ödənişsiz təhsil almaq istəyən gənclər üçün əlçatandır. 

    Qeyd edək ki, ‘’Rəqəmsal Azərbaycana doğru’’ layihəsi çərçivəsində regionlarda gənclərlə silsilə görüşlər keçirilir və İKT sahəsinə marağı olan namizədlər dərhal müsahibələrə dəvət olunurlar. ‘’Technest’’ Təqaüd Proqramı heyəti şəhərlərdə səyyar görüşlər keçirərək gəncləri həm rəqəmsal savadlılıq üzrə maarifləndirirlər həm də eyni vaxtda onları sınaq imtahanlarına yönləndirirlər. 

    24 noyabr tarixində Mingəçevir şəhərində gənclərlə keçirilmiş ilk görüş zamanı 20 iştirakçı həmin gün təşkil olunmuş sınaq imtahanlarından uğurla keçərək ‘’Technest’’ təqaüdünü qazanıb. Mingəçevirdə keçirilmiş rəsmi görüşlər çərçivəsində şəhər icra hakimiyyətinin başçsı və Mingəçevir Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə məhsuldar diskussiyalar aparılıb. Şəhərdə İKT sahəsi  üzrə yaradılan innnovativ infrastrukturlardan məqsədyönlü şəkildə istifadə imkanları, həmçinin 3700 tələbənin təhsil aldığı Mingəçevir Dövlət Universitetində İnkişaf və Tədqiqat Laboratoriyalarının yaradılması istiqamətində təkliflər müzakirə olunub.

    Sözügedən layihə ilə bağlı ‘’Technest’’ Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova bildirib:’’ Rəqəmsal Azərbaycana doğru’’ layihəsini həyata keçirməkdə əsas məqsədimiz İKT üzrə peşə təhsili almaq istəyən amma istər maddi istərsə də sosial qayğılara görə bu kimi fürsətlərdən kənarda qalan və ya yeni ixtisas qazanmaq istəyən lakin haradan, necə başlamağı bilməyən, o cümlədən peşəkar mentorlar olaraq yetişmək və ucqarlarda tədrisə təkan vermək istəyən gəncləri bir araya gətirmək və onlara müvafiq dəstəyi göstərməkdir. Əsas hədəfimiz Azərbaycanda gənclər arasında kütləvi maarifləndirmə kampaniyaları aparmaq və ölkədə İKT üzrə ixtisaslaşmış kadr bankasını yaratmaqdır’’

    Hazırda ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618 nəfərdir. Onlardan 546 nəfəri artıq məzun adını qazanıb. 

    Qeyd edək ki, ümumi təqaüdçülərin 226 nəfəri məktəblidir,  90 nəfəri isə  ali təhsil müəssisələrinin 2-ci və 3-cü kurs tələbələridir. Bununla yanaşı ‘’Technest’’ təqaüdçülərinin işəqəbul əmsalı 90% təşkil edir. Bu rəqəmlər onu deməyə əsas verir ki, ‘’Technest’’ təqaüdçülərinə İKT mütəxəssisləri kimi əmək bazarında böyük tələbat var.

    2023-cü ilin sonuna kimi  ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində təhsil alanların sayının 3000 nəfərə çatacağı gözlənilir.

    ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində tədris prosesinin peşəkar və səmərəli təşkili üzrə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə İKT üzrə ixtisalaşmış 12 aparıcı təlim mərkəzi ilə əməkdaşlıq edir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×