main-post-cover

    Ubisoft iOS və Android üçün 'Tom Clancy’s The Divison Resurgence' oyununu anons edib (VİDEO)

    Digər
    Oyun və Film
    07.07.2022
    Emil Nəcəfov
        Ubisoft şirkətiOS Android cihazlar üçün nəzərdə tutulmuş “Tom Clancy’s The Divison Resurgence” oyununu anons edib. Bu, “The Division” oyun seriyasının mobil cihazlar üçün nəzərdə tutulmuş shareware oyundur. Mobil oyunda hadisələr ilk “The Division” oyunundakı kimi Nyu-Yorkda cərəyan edir. Şəhər əhaləsinin böyük hissəsi ABŞ-da sürətlə yayılmış virus epidemiyası nəticəsində vəfat edib. Oyunçulara mobil “The Divison” versiyasında open-world təqdim ediləcək. Bununla belə oyunçular missiyaları tək şəkildə və ya dostları ilə co-op rejim şəklində yerinə yetirə biləcəklər. Ubisoft yeni oyunun beta testində iştirak üçün qeydiyyata artıq start verib. Bununla yanaşı şirkət rəsmi olaraq elan edib ki, o, “The Division 2” oyununun dəstəyinin 5-ci ilinə start verir. Həmçinin məlumdur ki, Red Storm Entertainment adlı studiya konsollar və PC üçün nəzərdə tutulmuş “The Division: Heartland” adlı shareware oyun üzərində çalışır.
    Linki kopyala