main-post-cover

    'The Boys' serialının yaradıcısı Hideo Kojima-dan serial əsasında oyun hazırlamağı xahiş edib

    Digər
    Oyun və Film
    28.06.2022
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə məşhur yapon game dizayner Hideo Kojima bildirmişdi ki, o, vaxtı ikən “The Boys” serialı tərzində oyun konsepti üzərində çalışırdı. Onun oyun konseptinə əsasən detektivlərdən ibarət xüsusi dəstə super qəhrəmanlara qarşı mübarizə aparmalı idi. Baş rolda isə game dizayner məşhur aktyor Mads Mikkelsen-i görürdü. Lakin nəticədə Kojima bu ideyadan imtina etməli oldu.. Belə ki, onun ideyası “The Boys” serialına çox bənzəyirdi. “The Boys” serialnın yaradıcısı olan Eric Kripke game dizaynerin bu bəyanatına fikir verib və Kojima-dan “The Boys” əsasında oyun hazırlamağı xahiş edib.
        Bununla belə Amazon şirkətinin məşhur serialının yaradıcısı oyunun hazırlanacağı halında öz əməkdaşlığını da təklif edəcəyinə hazır olduğunu qeyd edib. Həmçinin Eric Kripke etiraf edib ki, o, Kojima-nın böyük pərəstişkarıdır. “Sizdən “The Boys” əsasında oyun hazırlamağı xahiş edirəm. Biz bu məsələdə birləşərək qalib gələ bilərik. Onu da qeyd etmək istəyirəm ki, mən sizin böyük pərəstişkarınızam” - deyə Eric Kripke qeyd edib. Bununla yanaşı “The Boys” serialında Homelander obrazını canlandıran aktyor Toni Starr da bu ideyanı dəstəklədiyini qeyd edib. Nəticədə Kojima-nın “The Boys” serialı əsasında oyun yaradıb-yaratmayacağını sadəcə zaman göstərəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər